reklam
Regionxeberlericom.az » Sosial » "İndi mən bu banka NECƏ GÜVƏNİM?" - GİLEY

reklam

"İndi mən bu banka NECƏ GÜVƏNİM?" - GİLEY

"Təsəvvür edin, şəbəkə tumayan yerdə işləyirsiniz... ümumiyyətlə, "whatsapp"da güclə mesaj gedir... Və durduq yerdə bir mesaj gəlir. Ardından görürəm ki, kartımdan bu məbləğ silinmiş olur.... Bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Orxan Hacıyev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: " 'Azer Turk Bank' ilə əlaqə saxlayıram ki, kartdan bu qədər məbləğ silinib durduq yerə... xəbərim olmadan və kartımın üstündəki CVV kodu da elə şey ilə yapışdırmışam ki, onu kimsə qoparsa belə, eyni kağızı yenidən yapışdıra bilməz.

Qaldı ki bankın dediyinə... deyirlər ki, əgər şikayətiniz əsaslıdırsa, pul geri qayıdacaq... deyilsə sizə 50 manata qədər cərimə tətbiq olunacaq. İndi məsələ budur ki, bank necə sübut edəcək ki şikayətim əsaslıdır, ya əsassız?

Bu 40 "euro"dursa, sabah 2000 də ola bilər. Mən neçə illərdir ATB və başqa banklardan istifadə edirəm, belə halla ilk dəfədir qarşılaşıram. İndi mən bu banka necə güvənib pul qoya bilərəm? Bu barədə ATB bank məntiqli açıqlama versə, yaxşı olar..."







Paylaş:


Müəllif : Tarix:
18-08-2023, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər