`Kapital Bank` müştərilərini QORUYA BİLMİR - BU DA FAKT!!!
"Şikayətim "Kapital Bank"dandır". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kənan Qədirli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "2 gün ərzində kartımızdan 4$ ,5$ ,10$ ,20 dollar olmaqla bizdən xəbərsiz... hətta çox güman ki, bizim ölkədən belə olmayan birisi tərəfindən ümumilikdə, 220 dollar pul çəkilib. Bunu hec bir məlumat almadan və yaxud məlumat vermədən "3D secure" belə ehtiyac olmadan ediblər. Çıxarışda baxırıq ki "Roblox" deyə bir oyuna və "Tiktok"a yüklənib pullar.
Qeyd edim ki heç kimə heç zərrə qədər məlumat verilməyib və pullar yüklənəndə "3D Secure" mesajını da almamışıq. Pul çəkilmələri əsasən gecə 12-dən sonra olub. "Kapital Bank"a yaxınlaşanda bizə bildirdilər ki bank olaraq hec bir köməklik göstərə bilmirik. Gedin verin polisə.
Qardaş, əgər mənim pulum məndən oğurlanmayıbsa və yaxud kimsə məni aldadıb məndən almayıbsa, bir sözlə bu pul məsələsi mənim səhvimə görə olmayıbsa, sizin səhviniz və sizin təhlükəsizlik zəif olduğuna görə olubsa, niyə verməliyəm polisə? Tutalım verdim polisə... Araşdırıb o işə baxmayacaglar axı...
"Kapital Bank" isə bank olaraq məsuliyyəti öz üstündən atmağa çalışır..."
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2023, 08:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər