reklam
Regionxeberlericom.az » Sosial » Mədəniyyət Nazirliyi haqda şok fakt açıqlandı - işə qəbul xarici portal üzərindən...

reklam

Mədəniyyət Nazirliyi haqda şok fakt açıqlandı - işə qəbul xarici portal üzərindən...


“Mədəniyyət Nazirliyi öz strukturlarında işə qəbulla bağlı elan verib. Hansısa qurumlarda direktor, müavin, müəllim işləmək istəyənlərin fərdi məlumatlarını xarici bir resursda - jotform.com üzərindən olan qeydiyyat forması əsasında qəbul edir. Əlbəttə, bu resurs dayanıqlı ola bilər, hansısa özəl qurum və ya layihələr bundan sərbəst istifadə edə bilərlər. Amma dövlət qurumunun belə addımları yolverilməzdir. Gərək nazirlik öz internet resursu üzərindən normal, təhlükəsiz bir sistem formalaşdırsın və bunun informasiya təhlükəsizliyi ilə bağlı auditini təşkil etsin”. Bunu İnternet Forumun prezidenti Osman Gündüz bildirib.

Forum prezidenti qeyd edib ki, nazirlik belə addımları, bu sahəyə cavabdeh qurumların - RİNN-in Elektron Təhlükəsizlik Xidmətinin, dövlət sektorunda İT auditlər keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarətindən kənar, həm də çəkinmədən rahatca ata bilir :"Yeri gəlmişkən, fərdi məlumatların təhlükəsizliyinə cavabdeh olan RİNN-in ETX qurumuna da yeni təyinat olub. Güman edirəm ki, Mədəniyyət Nazirliyi hazırladığı “jotform” resursu ilə sahəyə cavabdeh olan ETX-nin yeni rəhbəri Samir Rəsulov üçün də təbrik sürprizi hazlrlayıb. Ümid edirəm, RİNN və XRİTDX baş verənlərin fərqindədir".

Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidməti ölkə Prezidentinin 12 yanvar 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Xidmət kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə bu günlərdə yeni rəis təyin olunub. Bu vəzifə qurumun rəis müavini, indiyə qədər rəis vəzifəsini müvəqqəti icra edən Samir Rəsulova həvalə edilib.

O, rəhbərlikdə bir qədər əvvəl nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat almış Şahin Əliyevi əvəzləyib.ə

Osman Gündüz “Yeni Müsavat”a deyib ki, baş verənlərin məsuliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərindədir: “Bu xidmətlər özlərindən hoqqa çıxarmamalıdırlar. Qanunvericilikdə tələb var ki, Azərbaycan vətəndaşlarının informasiyaları qorunmalıdır. Qorunmaya cavabdeh bu iki qurumdur. Bu iki xidmət baş verənlərə reaksiya vermirlər. Sanki baş verənləri heç görməyiblər. Onların gözləri qarşısında mərkəzi icra orqanı olan nazirlik qanunu açıq-aşkar pozub. İT təhlükəsizliyi dövlət büdcəsindən böyük pullar alırlar, amma iş görmürlər”.

Osman Gündüz deyir ki, dövlət qurumlarına İT xərcləri üçün kifayət qədər vəsait ayrılır: “Həmin vəsait hesabına özlərinin daxili informasiya sistemini yaratmalıdırlar. Xaricdə yerləşən resursdan istifadə etməli deyillər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti onun auditini keçirməlidir. Təhlükəsizliyini test edəndən sonra həmin resurs istifadəyə verilməlidir. Çox böyük məsuliyyətsizlik olub və bunun necə baş verməsi suallar doğurur”.

Osman Gündüz “müvafiq resursların yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsait hara xərclənir” sualına “bu məsələ mənə qaranlıqdır” deyə cavab verib. Bildirib ki, ayrılan vəsaitdən səmərəli istifadə edilməməsi göz qabağındadır: “Dövlət büdcəsindən bu vəsait ayrılmırsa, bu xərclər üçün vəsait ayrılması üçün nazirlik müraciət etməlidir. Bu xərclərə vəsait ayrılmasa belə, gedib xarici resursdan istifadə etmək yolverilməzdir. Vətəndaşların şəxsi məlumatlarını xarici resurslarda yerləşdirilməsi onlardan digər məqsədlər üçün istifadəyə yol aça bilər”.





Paylaş:


Müəllif : Tarix:
22-08-2023, 09:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər