reklam
Regionxeberlericom.az » Sosial » Bu da Şəkidəki Şəhidin doğulduğu evin vəziyyəti: - “Deyirlər ki, 2028-ci ilə qədər gözlə”

reklam

Bu da Şəkidəki Şəhidin doğulduğu evin vəziyyəti: - “Deyirlər ki, 2028-ci ilə qədər gözlə”

  

Şəki rayonu, Aşağı Göynük kənd sakini, Şəhid anası Məfkurə Əbdürəhimova (Zamanova) göndərdiyi məktubunda ƏƏSMN -nin SXA-yi rəhbərliyinin mənzillə təmin olunması zamanı onları süründürməçiliyə məruz qoyduğunu bildirib.

O yazır ki, son 3 ildə məsələ ilə bağlı dövlət başçısına 6 dəfə müraciət edib. Lakin buna baxmayaraq, ona cavab vermirlər. “Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam. Bildirim ki, Şəki İcra Hakimiyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım Şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma 11 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır”.

Şəhid anası yazır ki, həmin siyahıda olanların əksəriyyəti evlə təmin edilib. “Cənab Prezident! Siz öz rəsmi çıxışlarınızda bildirmisiz ki, 2025-ci ilədək bütün şəhid ailələri mənzillə təmin olunacaqlar. Amma Sizin yerli məmurlarınız mənə rəsmi məktub göndərib və yazırlar ki, 2028-ci ilədək mənzil növbəmə uyğun olaraq evlə təmin olunacam. Bu süründürməçilər sadəcə mənə həqarət edirlər. Və yaşımın bu vaxtında bu bürokrat cavabla mənə utanmazcasına bildirilər ki, «SƏN MƏNZİL ALACAĞIN GÜNÜ GÖRMƏYƏCƏKSƏN!». 12-ci ildir ki, rəsmi növbə ilə gözləyirəm. Növbəyə duranda şəhid ailələri arasında 11-ci idim. Yada salım ki, 2020-ci ildə 22 ev və mənzil rayonumuzda tikilib şəhid ailələrinə verildi. ƏƏSMN nazirliyi isə hər dəfə məni ələ salmaqla məşğuldur”.

Məfkurə Əbürrəhmanova daha sonra yazır ki, Əmək Nazirliyi 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızı adlı fiziki şəxsə 2.5 milyon manatlıq sifariş verib ki, Bakı, Gəncə, Mingəçevir, Şəki, Qax rayonlarında şəhid ailələrinin mənzillə təmin olunmaları üçün evlər alsın. “Digər tərəfdən də Bibiheybət tərəfdə jurnalistlər üçün inşa edilən binadakı mənzillərin də şəhid ailələrinə verilməsi barədə göstəriş vermisiniz. Əgər dövlətimiz çox düzgün olaraq şəhid ailələrinin mənzillə təmin olunması üçün bu qədər vəsait xərcləyirsə, o zaman yerli məmurlar niyə mənə 2028-ci ili gözləməyimi məsləhət görürlər?”

Şəhid anası mənzil probleminin həll olunması ilə əlaqədar dövlət başçısından kömək istəyib.

Xatırladaq ki, Məfkurə Əbdürrəhmanova 1994-cü ildə Qarabağda gedən döyüşlərdə Şəhid olmuş Faiq Əbdürrəhmanovun anasıdır.

JAMAZ.İNFO












Paylaş:


Müəllif : Tarix:
28-08-2023, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər