reklam
Regionxeberlericom.az » Sosial » Gənc başçı bir tenderi başa çatdıra bilmir... - İLGİNC FAKT

reklam

Gənc başçı bir tenderi başa çatdıra bilmir... - İLGİNC FAKT


Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin "Lerik şəhərində kommunal yaşayış binalarının əsaslı təmir işləri" ilə bağlı elan etdiyi tender növbəti dəfə ləğv edilib.

Regionxeberlericom.az-ın  32gun.az-a istinadən məlumatına görə,buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir.

Maraqlıdır ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun Lerik şəhər İnzibati Ərazi Dairəsi bundan öncə də "Lerik şəhərində kommunal yaşayış binalarının əsaslı təmir işləri" ilə bağlı tender elan edilmişdi. İyul ayında da həmin tenderi ləğv edilib.

Xatırladaq ki, Lerik icra başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramal Məstiyevdir.




Paylaş:


Müəllif : Tarix:
29-08-2023, 09:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər