Qanadı yoluq `SÜLH GÖYƏRÇİNLƏRİ`... - Onları hansı `QUŞBAZ` yetişdirib?
Vətən müharibəsi və postmüharibə dövründə vaxtaşırı ortaya çıxan, təxribatçı projelərdə yer alan “No War”çılar hazırda yenə özlərinə əl qatıblar.
Belə ki, avqustun 15-də “No War”çılar “İştirak Evi” adlanan yeni strukturda “Liberallar Dərnəyinin aksiyası” kimi təqdim olunan “Niyə No War?” sloqanı ilə ictimai müzakirə keçiriblər. Bu arada qeyd edək ki, son dövrlər dövlət əleyhinə yönəlmiş bir neçə layihə məhz “İştirak evi” platforması üzərindən həyata keçirilir. Burada keçirilən layihələrin Qərb dairələri - ABŞ səfirliyi və Avropa İttifaqı institutları tərəfindən maliyyələşdirildiyi bildirilir. Keçirilən tədbirlərin təşkilatçıları kimi çıxış edən şəxslərin mütləq əksəriyyəti ultra-liberal, LGTB, feministlər, “No War”çılardır. Beləliklə, “İştirak evi” 44 günlük Vətən müharibəsinin əleyhinə fikirlər səsləndirən “No War”çıların iddialarını, LGTB fəallarının fikirlərini ictimailəşdirməyə, onların səsini ucaltmağa çalışan platforma kimi fəaliyyət göstərir.
“Niyə No War?” sloqanı ilə keçirilən son tədbirə gəldikdə, bu tədbirin də təşkilatçıları Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov, iştirakçıları Afiyəddin Məmmədov, Əli Məlikov, Qiyas İbrahimov, habelə AXCP təmsilçisi Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və Qubad İbadoğlunun qızı Jalə Bayramova olub. “Müzakirələr”də Azərbaycan dövlətinin və xalqının ünvanına ittihamlar səsləndirilib. Aygül Cəfərova “Azərbaycan müharibədə qalib gəldiyi üçün aqressiv, sərt və eqoist davranır” kimi ifadələr səsləndirib, Çinarə Hünərli “televizorda qazilərlə bağlı xəbərləri görən” şəhid anasını “lom” olmaqda günahlandırıb, Sənubər Heydərova isə “İkinci Qarabağ müharibəsində ölkəmiz, sadəcə, Şuşa ilə bağlı hərbi əməliyyatda uğura nail olub, o biri yeddi rayon razılaşma əsasında verildi” deyib.
Xatırladaq ki, hələ 2016-cı ildə özlərini “sülh göyərçinləri” kimi təqdim edərək, Ermənistanın təxribatına cavab verən, antiterror əməliyyatı keçirən ordumuzu “terrorçu”, Azərbaycan dövlətini isə “işğalçı” dövlət adlandırmışdılar. Onların bu hərəkətinə xarici ölkə jurnalist və siyasi şərhçiləri səssiz qalmamışdı. Həmin vaxt polşalı araşdırmaçı jurnalist Miloş Podnanski yazırdı: “Qəribədir ki, ərazilərinin 20%-i işğal altında olan Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər (”No war"çılar nəzərdə tutulur) əslində kollaborasionist və məğlubiyyətçi mövqedən çıxış edir". Gürcüstanın “Rustavi-2" telekanalı Azərbaycandakı neoliberalların "Müharibəyə yox" şüarı altında əslində Corc Sorosun ideyalarını təbliğ etdiyini vurğulayırdı. İş o yerə çatmışdı ki, bizim “No War”çılar özlərinə dost-qardaş bildikləri Ermənistanda da ikrah doğururdular. Ermənistanın “Hraparak”, “Haykakan Jamanak”, “Pastinfo”, “Mamul” media qurumları azərbaycanlı “No War”çıları qəribə məxluqlar adlandırırdılar.
“No War”çılar 2020-ci ildə Vətən müharibəsində daha kəskin şəkildə aktivləşərək, müharibəni dərhal dayandırma çağırışları sıralamağa başladılar və hətta Azərbaycan Ordusunu qəddarlıqda suçlamaqdan da çəkinmədilər. Ermənistanın işğalçı ordusuna və qarabağlı erməni separatçıların terror dəstələrinə qarşı əks-hücum əməliyyatları başlayandan az sonra Azərbaycandakı “No War”çılar ermənilərlə birgə bəyanat yaydılar.
“Azərbaycanlıların müharibəyə qarşı bəyanatı” (“Anti War Statement of Azerbaijani Leftist Youth”) adlı bu sənəd rəsmi Bakıdan hərbi əməliyyatların dərhal dayandırmağı, qoşunları geri çəkməyi və ermənilərlə danışıqlara başlamağı tələb edirdi.
Eyni hal müharibədən sonra, 2022-ci il sentyabrın 12-13-ü tarixlərində Ermənistan Silahlı Qüvvələrinin xüsusi diversiya dəstəsi ərazilərimizə sızmağa çalışanda ələ keçməsindən sonra da baş verdi. “No War”çılar dərhal ölkəmizi “Ermənistanın suveren ərazisinə soxulmaqda, Ermənistan ərazilərini işğal etməkdə və hərbi təcavüz”də ittiham etdilər.
Qarabağdakı separatçılara “canı yanan” bu ermənipərəst projelərdə rol alan ən fəal “No War”çılar kimlərdir?
Altay Göyüşov. Tarixçi, ictimai fəal olan Altay Göyüşov fürsət düşdükcə sosial şəbəkələrdə Azərbaycanı “təcavüzkar” adlandırmaqdan çəkinmir. Ötən il “Şəxsən mənə İrəvan, Zəngəzur filan lazım deyil və Ermənistana qarşı təcavüzü birmənalı olaraq pisləyirəm” fikirləri ilə ictimaiyyətin qəzəbinə tuş gəlmişdi. Bununla belə, Altay Göyüşov öz mövqeyində qalmaqda davam edir.
Jalə Bayramova. Qubad İbadoğlunun qızı Jalə Bayramova Lund Universitetində Beynəlxalq İnsan Haqları Hüququ üzrə magistratura təhsili alıb, Nəfəs LGBTİ Azərbaycan Alyansının hüquqşünasıdır. Zaman-zaman LGBTİ ilə bağlı keçirilən panellərdə moderatorluq edir.
Süleyman Süleymanlı. İsveçdə yaşayan, özünü siyasi bloger kimi təqdim edən azərbaycanlı. Ötən il S.Süleymanlı da düşmən dəyirmanına su tökərək, Azərbaycanı “təcavüzçü” adlandırıb, “Azərbaycan hərbçiləri Ermənistan torpaqlarında terror törədiblər” kimi fikirlər səsləndirmişdi.
Ümumiyyətlə, bu “sülh quşları”nin bioqrafiyasına diqqət yetdirdikdə, birmənalı şəkildə məkrli Qərb dairələrinə bağlı olduqları və maliyyələşdirildikləri ortaya çıxır. Əsas məqsədləri isə heç də bəyan etdikləri deyil, məkrli planlarda yer alırlar.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2023, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər