Xankəndi erməniləri Bakı ilə danışığa rusla gəlmək istəyir - separatçılardan ŞOK iddia...
Qarabağda sülhməramlıların müvəqqəti nəzarətindəki ərazidə mövcud olan qanunsuz silahlı dəstələr, separatçı “qurum” bugünədək neytrallaşdırılmayıb. Əksinə, faktlar sübut edir ki, sülhməramlı kontingent onlara dəstək verməkdədir.
10 noyabr üçtərəfli bəyanatın tələblərinə görə qanunsuz rejimi məhz silahlı qüvvələr zərərsizləşdirməli, tərk-silah etməli idi. Azərbaycan son aylarda separatçılarla kifayət qədər sərt davranır, eyni zamanda reinteqrasiya üçün də bütün mümkün təklifləri edir. Ancaq separatçıların davranışı sübut edir ki, onlar birbaşa danışıqlardan qaçırlar. Son olaraq onlar yeni “taktiki hiylə”yə əl atıb.
Belə ki, Qarabağdakı separatçılar rəsmi Bakı ilə görüş təşkil etmək üçün Rusiyaya müraciət etmək istəyir. Bu haqda separatçıların “dövlət naziri” Qurgen Nersisyan məlumat verib. O qeyd edib ki, görüş Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi yerdə və ya üçüncü tərəfin iştirakı ilə keçirilə bilər. Bundan əvvəl separatçılar rəsmi Bakının görüş təkliflərini qəbul etməyib. Bir müddət əvvəl də oyuncaq qurum Xankəndi və Bakı arasında gözlənilən danışıqlarla bağlı yayılan xəbərə oxşar münasibət bildirmişdi. “Qeyd edirik ki, Azərbaycan ərazisində, xüsusən də beynəlxalq vasitəçilərin iştirakı olmadan keçirilən istənilən görüş, xüsusilə BQXK-nın mandatı altında olan Vaqif Xaçatryanın Rusiya sülhməramlılarının iştirakı ilə oğurlandığını nəzərə alsaq, kifayət qədər böyük risklər ehtiva edir” - separatçı qurum bu sərsəm iddia ilə çıxış etmişdi". Yəni onları da həbs gözləyir.
Paşinyan da Bakı-Xankəndi dialoqunda beynəlxalq mexanizm ideyasını dövriyyəyə buraxır. Lakin nə erməni baş nazir, nə Xankəndidəki təlxək yığını dəfələrlə bəyan etdiyimiz mövqeni anlamaq istəmirlər: bu iş daxili məsələdir, kənar müdaxilə yolverilməzdir və üçüncü tərəf iştirak edə bilməz. Əslində rusların dialoqda iştirak etməsi təklifi elə Moskvadan gələn təlimata oxşayır. Sadəcə, həm Kremlə, həm də Xankəndidə himayə etdiyi dəstəyə sərfəlidir. İrəvan da bu məsələdə istər-istəməz fərqli rəy bildirmir. Amma Paşinyan beynəlxalq mexanizm dedikdə, Bakı ilə Xankəndi danışıqlarında daha çox Avropa Birliyini vasitəçi kimi arzulayır. Amma hər hansı dövlət Azərbaycana açıq şəkildə kimsə demir ki, dialoq prosesində üçüncü tərəf də olmalıdır. Belə aydın olur ki, ermənilər özlərini idarə edə bilmirlər və birbaşa danışıqlardan birmənalı imtina edir, vasitəçi axtarışındadırlar. Xüsusən də separatçıların ən böyük dayağı və ümidi Rusiyayadır. Bəs sonuc nə ola bilər? Nersisyanın dediyi kimi, Qarabağdakı rus generalı Lentsovun iştirakı ilə müzakirələr aparıla bilərmi?
Yada salaq ki, martın 1-də bu formatda Xocalıdakı rus qərargahında belə görüş olmuşdu. Sonra Prezident Administrasiyası Bakını və Ağdamı təklif etdi, erməni icması adından isə qondarma rejim rədd cavabı verdi. Sonrakı prosesdə isə məlum oldu ki, Yevlaxda görüş razılığı olub. Hətta Rusiya bunu təsdiqlədi. Azərbaycan XİN də açıqladı ki, bir gün qalmış ermənilər anlaşmanı pozublar və Yevlax toplantısı baş tutmayıb. Həmçinin Ağdam-Xankəndi yolunun açılması da razılaşdırılıbmış. İndi isə qondarma rejim liderinin yığıncaqda bu məsələləri müzakirə etdiyi xəbərləri yayılıb. Onun köməkçisi də faktı təsdiqləyib və bildirib ki, Araik özü aydınlıq gətirəcək. Lakin bir yandan da separatçı administrasiya üçün vəziyyət qəlizləşir. Avqustun 28-də yayılmış xəbərlərə və video görüntülərə əsasən, separatçıların “hökumət evi”nə silahlı basqın ediblər. Hücumun məqsədi separatçıların rəhbəri Araik Arutyunyandan “humanitar böhranın həlli”ni tələb etmək olub. Basqın zamanı atəş səsləri də eşidilib. Bu faktın özü də mərkəzi hakimiyyətə tabe olmayanların sonunu yaxınlaşdırır... Ümumiyyətlə, son üç il ərzində separatizm Rusiyanın hərbi-siyasi dəstəyi ilə mövcudluğunu saxlaya bilib. Fransa, ABŞ, İran, hətta Kanada kimi ölkələr isə fərqli rakursdan separatizmə dəstək göstəriblər. Bax, bu “status-kvo”, yəni separatçıların silah daşıması, yeni təmas xətti yaratmaq səyləri, görüşlərdən yayınmaları Azərbaycana iri və iti addımlar atmağa əsas verməkdədir.
Təhlilçi Asif Nərimanlıya görə, Xankəndi, Xocalı və Xocavənd siyasi və hüquqi olaraq həll edilib, indi sonuncu - bu ərazilərdə mərkəzi hakimiyyətin bərpası mərhələsi başlayır: “Ağdam maşrutunun açılması, ki bunun alternativi yoxdur, bu istiqamətdə həlledici addımlardan olacaq. Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma "artsaxın müstəqillik günü"nə hazırlaşır: analoji hazırlıq Ermənistanda da aparılır; “blokadada mübarizə aparan xalq” görüntüsü yaradacaq və “azadlıq uğrunda mübarizəni” nümayiş etdirəcəklər. Bu, nəticə olaraq heç nəyi dəyişdirmir, hərçənd Azərbaycan ərazisində hələ də davam edən “dövlətcik” oyunlarına qarşı elə sentyabrın 2-də praktiki addımın atılması da separatizmin ləğvinin başlanması baxımından əhəmiyyətli olardı".
Təhlükəsizlik eksperti İlham İsmayıl isə hesab edir ki, siyasi proqnozlar hava proqnozuna bənzəmir, çox vaxt əks proseslər baş verir və ona görə də Azərbaycan bugünkü reallığı dəyərləndirib, ləngimədən Xankəndidə separatçı rejimin varlığına son qoymaq üçün praktik siyasi, hərbi variantlara start verməlidir. Onun sözlərinə görə, Laçın yoluna tətbiq olunan məhdudiyyətə baxmayaraq, ermənilər güzəştli addımlar atmağa tələsmirlər, çünki özlərinin etirafına görə, Rusiya helikopterləri hər gün minimum tələbatı ödəyən qida və tibbi məhsullar daşımaqda davam edirlər: “Rusiya erməni silahlı qüvvələrini də çıxarmır. Deməli, siyasi yolla çıxmayan hərbi qüvvənin hərbi yolla çıxarılacağı xəbərdarlığı gündəmə gətirilməli və bu iş ilin sonunadək bitməlidir. Bu məsələ Xankəndi rejiminin fəaliyyətinə son verilməsinin və Azərbaycan dövlət strukturlarının nəzarətinin Xankəndində bərpa edilməsinin başlanğıcı deməkdir. 2024-cü ildə isə keçmiş Dağlıq Qarabağda yaşamış və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıdışı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə həyata keçirilməlidir. Biz Xankəndi rejiminə son verəcək siyasi-hərbi fəaliyyətə üstünlük verməliyik, ermənilərin planlı şəkildə davam etdirdikləri vaxtuzatma siyasətinin detallı problemlərini aradan qaldırmağa zaman sərf edilməsi maraqlarımıza uyğun deyil”.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Araik müqavimət güclərinin azaldığını anlayır: “Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir. Arutyunyan bu məqsədlə "dövlət naziri" Qurgen Nersisyanı qabağa verib. Görüş istəsələr də azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakı ilə görüşə razılaşmaq məsələni beynəlmiləlləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2023, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər