reklam
Regionxeberlericom.az » Sosial » Uşaqpulu bərpa olunacaq - Deputat Siyavuş Novruzovdan AÇIQLAMA

reklam

Uşaqpulu bərpa olunacaq - Deputat Siyavuş Novruzovdan AÇIQLAMA

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayıb.

regionxeberlericom.az Modern.az-a istinadən xəbər verir ki, deputat bununla bağlı vətəndaşlara müraciət edib.

Siyavuş Novruzov sosial şəbəkədə ona göndərilən maraqlı fikir və təkliflərə görə təşəkkür edib. O, hər kəsin fikir və düşüncələrini özü üçün dəyərli hesab etdiyini söyləyib.

“Mənə yazdıqlarınızdan aydın olur ki, sizi ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaqpulları ilə bağlı məsələlərdir. Heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir. Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin də əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur.

Pensiya, aylıq müavinətlər və uşaqpulları ilə bağlı biz parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaqpulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq, 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb.

Bir daha qeyd etmək istiyirəmki, mən siyasi fəaliyyətim dövründə həmişə xalqın və seçicilərimin yanında olmuşam. Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, "Feysbuk" səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək.
Dərin hörmət və ehtiramla!”.


Paylaş:


Müəllif : Tarix:
28-08-2019, 16:51
Sikayət   


loading...
Загрузка...