Eldar Mahmudovun əmisi oğlunun məhkəməsində uzun fasilənin sirri - İDDİA
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə bu ilin mayında başlanıb. Ötən 3 aydan bir qədər artıq müddət ərzində Vüqar Mahmudovun cinayət işi üzrə 4-5 proses təyin olunub, həmin proseslərdən 3-də Vüqar Mahmudov naməlum səbəblərdən iştirak etməyib. Buna görə də hər dəfə proses təxirə salınıb.
Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs olunub. Öncə o, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunub. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb. İndi o, həm də CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə də ittiham edilir.
Vüqar Mahmudov ittihamlar üzrə özünü təqsirli bilmir, məhkəmədə danışmaqdan imtina edir. Onun cinayət işi üzrə sonuncu proses bu ayın 5-də baş tutmuşdu. Bundan əvvəlki 3 proses isə qeyd etdiyimiz kimi, Vüqar Mahmudovun qatılmaması səbəbindən baş tutmamışdı. Avqustun 5-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında da, Vüqar Mahmudov ünvanına səslənən ittihamlara cavab verməyib, yalnız sakit şəkildə əleyhinə verilən ifadələri dinləmişdi. Həmin prosesdə zərərçəkən Sahib Qurbanov demişdi ki, tanışı Amil Yusifov siqaret ticarəti ilə məşğul olub və onu MTN-in Xəzər rayon şöbəsinin əməkdaşları saxlamışdı. Dostunun cinayət məsuliyyətinə cəlb olunmaması üçün danışıq aparmaq məqsədilə şöbəyə getdiyini deyən S.Qurbanovun sözlərinə görə, orada MTN-in Heydər İslamov adlı əməkdaşı ilə görüşüb. Orada Heydər İslamov ondan 40 min manat istəyib.
Sahib Qurbanov onu da deyib ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra həm prokurorluğa şikayət edib, həm də vaxtilə pul verdiyi adamlara zəng edib, pulunu geri istəyib. Heydər İslamov ona 5 min manat verib, deyib ki, qalanını da bir müddət sonra verəcək. Zərərçəkmişin sözlərinə görə, qalan pulu ona verməkdən imtina ediblər. Deyiblər ki, ondan aldıqları pulu da, siqareti də Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudova veriblər və pulu ondan tələb elə.
“Onlar demişdilər ki, nazirlikdə Vüqarın sözü müavinlərdən çox keçir. Onun hər kəlməsi Eldar Mahmudovun sözü kimi qəbul edilir” - deyə, zərərçəkən Vüqar Mahmudovun üzünə qarşı bu sözləri deyib.
Digər zərərçəkən Zaur Əzimov məhkəmədə bildirib ki, MTN əməkdaşlarına azad edilməsi üçün 120 min manat verib.
“İndi mənə dəyən ziyanı tələb edirəm -100 min dollarlıq siqareti, 120 min manat da pulumu alıblar. O pulları mənə qaytarsınlar ki, zərərçəkənlərin pulunu verim. Mən həbsə MTN əməkdaşları Rafiq Səfərov və Heydər İslamova görə düşmüşəm. Mən Vüqar Mahmudovu tanımıram. Lakin istintaq vaxtı Rafiq Səfərovla Vüqar Mahmudovun mesajlarına baxmışam. Orada Vüqar Mahmudov mənim haqqımda yazmışdı ki, ”Zauru bir az da sıxın" - deyə, zərərçəkən bildirib.
Vüqar Mahmudov isə bu ifadələrlə razılaşıb-razılaşmaması haqda heç nə deməyib.
Hakim bundan sonra prosesi 1 ay 4 gün sonraya təyin edib. V.Mahmudovun işi üzrə növbəti məhkəmə iclası sentyabrın 9-da keçirilməlidir.
Azərbaycan məhkəmələrində proseslərin aparılma qaydası, ardıcıllığı haqda xəbərdar olanlar bilirlər ki, 1 aylıq fasilələr çox nadir hallarda olur. Hakimlər 2-3 günlük fasilələrlə bağlı vəsatətlərə belə olduqca xəsisliklə yanaşır, prosesin tez bitməsinə çalışırlar. Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmədə isə fərqli yanaşma sərgilənir. Prosesin aylarla uzanması hakimləri sanki narahat etmir. Məhkəmənin bu qədər fasilə verməsinin səbəbi də açıqlanmır. May ayından bu yana prosesin saqqız kimi uzanmasının hansı məqsədlərə xidmət etməsi aydın deyil. Ehtimallar var ki, prosesin uzanması Vüqar Mahmudovun, onun əmisi oğlunun maraqlarına uyğundur. Prosesin yazdan payıza daşınmasının sirri olmamış deyil. Ortada mübhəm bir prosesin varlığı diqqət çəkir. “Nə baş verir” sualı isə açıqdır...
V.Mahmudov 2015-ci il oktyabrın 17-də MTN-də generalların həbsi, əmisi oğlunun vəzifədən kənarlaşdırılmasıyla nəticələnən əməliyyatdan iki il sonra tutulub. O, 2015-ci ildə həbs olunan Akif Çovdarov və digər generalların işi üzrə şahid qismində dindirilmişdi. Çünki bir çox ittiham epizodlarında adı çəkilirdi. Sonradan özünə də eyni hadisələrə görə ittiham verildi.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-08-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23