Şagird yerdəyişməsi alver predmetinə çevrilib? - BU NƏDİ BELƏ?
"Son zamanlar Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya daha çox şagird yerdəyişməsi ilə bağlı müraciətlər daxil olur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.
Onun fikrincə, burada bir neçə xüsusi məqam var.
"Şagirdlər 9-10 cu siniflərdə yerdəyişmə edirlər və əksər hallarda bu, hazırlıqlara getmək, dərslərdə faktiki olmamağa bağlıdır. Təbii ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elektron yerdəyişmə, konkret qiymətləndirmə amillərini nəzərə alıb, individual yanaşmanı təmin etməyə çalışır. Sadə dillə desək, kimin hansı məqsədlə yerdəyişmə etdiyini aydınlaşdıra bilir.
Amma son zamanlar uşaqların ailələrindən uzaqlaşıb nənə, baba ilə yaşaması, icmasından ayrılmaq istəmə səbəbi hazırlıqların məbləği ilə əlaqələndirilir. Yenə sadə dillə desək, valideynin hazırlıqlara daha az maliyyə xərcləməsi üçün uşaq regiona qohumlarının yanına gedir. Düşünürəm ki, ali təhsil müəssisələrinə qəbul prosesinini sadələşdirməyə ehtiyac var. Ali təhsilə biz növbəti pillə kimi yanaşmalıyıq. Qəbulu yaşam uğrunda "survivora" çevirmək uşaqların rifahına uyğun deyil", - o əlavə edib.
Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 9-cu sinifdən sonra şagird yerdəyişməsində əsas məqsəd repetitor hazırlığına şərait yaratmaqdır. Ekspert bildirib ki, valideynlər şagird yerdəyişməsi etməyə məcbur olurlar. Çünki, orta məktəbdə əldə edilən biliklə ali məktəbə qəbul olmaq mümkünsüzdür. K. Əsədov bildirib ki, bir çox hallarda Elm və Təhsil Nazirliyi də buna göz yumur. Çünki, şagirdlər məktəbdə təhsil almaqla paralel ali məktəbə qəbul üçün hazırlaşa bilmirlər. Belə olarsa ali məktəblərə qəbul olan abituriyentlərin sayı kəskin azalacaq.
"Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüləri də öz yaxınlarının məktəbə getmədən repetitor hazırlığına getməsi üçün xahişlər edirlər. Məktəb direktorları isə bundan sui-istifadə edərək pul qarşılığında şagirdlərin dərsə gəlməməsinə şərait yaradırlar. Ona görə də, bu məsələ birdəfəlik yoluna qoyulmalıdır. Məktəbin orta təhsil sənədi verən müəssisə kimi fəaliyyəti arzuoluan hal deyil"deyə K. Əsədov bildirib.
Valideynlər isə Sputnik Azərbaycan-a açıqlamasında 10-cu sinifdə şagird yerdəyişməsi etməyə məcbur olduqlarını bildiriblər. Adının çəkilməsini istəməyən valideyn Sputnik Azərbaycan-a bildirib ki, övladı ali məktəbə hazırlaşdığından bu addımı atıb: "Uşaq həm məktəbə, həm də hazırlığa getməyə vaxt çatdırmır. Fiziki cəhətdən də beş fəndən hazırlaşmağa yorulur. Naəlac qalıb 9-cu sinfi bitirdikdən sonra başqa məktəbə yerdəyişmə etmişəm. Direktorla razılaşmışıq ki, ancaq yoxlama olandan-olana məktəbə gedəcək".
Həmsöhbətimiz bunun qarşılığında direktora "hörmət" etdiyini də gizlətmədi.
Apardığımız araşdırma zamanı məlum oldu ki, şagird yerdəyişməsi üçün məktəb direktorları ilə sövdələşmə məktəbin yerləşdiyi əraziyə görə 1000-2500 manat arasındadır. Amma bəzi məktəblərdə direktorlar şagirdin dərsə gəlməməsinə təmənnasız da razı olurlar. Valideynlər bildirdilər ki, məktəb direktorları əla qiymətlərlə oxuyan şagirdlərin məktəbə gəlməsində maraqlıdırlar. Belə şagirdlərin adları məktəbdə getsə də, özləri repetitor hazırlığına gedirlər. Məktəbin qazancı isə ali məktəbə yüksək balla qəbul olan şagirdlərinin olması, yaxşı nəticələridir.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2023, 20:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər