Əmək müqaviləsi bu halda necə ləğv olunur? - ekspert danışır
"İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi barədə nə bilirik?
1. Bu ilk növbədə öz iş yerini və ya əmək haqqını itirən işçinin gözləmədiyi halda işsiz və çətin vəziyyətdə qalmasıdır.
2.Bu prosesləri həyata keçirən Müəssisələrin isə-bir çox hallarda çətin vəziyyətdə qalması və gözləmədikləri problemlərlə üzləşməsidir.
3. "İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi - Əmək münasibətlərində ən mühüm və ağrılı əmək münasibətlərindın biridir.
4.Bu əmək münasibəti ilə əlaqədar ilk olaraq onu bildirirəm ki, ümumiyyətlə, "İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" əsası ilə işçi bağlanmış əmək müqaviləsinin- qanunla nəzərdə tutulan qaydada ləğvetmək kimi İşəgötürənin hüquq və səlahiyyəti var.
5. Lakin, bu əsasla Əmək müqaviləsini ləğv edərkən bütün hallarda İşəgötürən AR Əmək Məcəlləsinin: 70, 71, 77, 78, 79, 80 və digər maddələrinin tələblərinə əməl etməlidir.
6. İşçilərin sayı və ya ştatları ixtisarı üçün-ən əsası bunun üçün hüquqi əsasların olmasıdır.
7. Ştatların ixtisarı zərurəti aşağıdakı səbəb və əsaslardan yarana bilər: müəssisədə iş və xidmətlər azadlıqda vəya qurtardıqda,həmin ştatlara ehtiyac qalmadıqda, yeni texnika və texnologiyaların tədbiqi ilə əlaqədar həmin ştatlara ehtiyac qalmadıqda, idarə və ya müəssisənin maliyyə vəziyyətinin ağır olması və sair hallarda.
8. Qeyd olunan əsaslarla İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvinin zərurəti-bütün hallarda İşəgötürənin əmri və ya sərəncamı ilə əsaslandırılmalı və rəsmiləşdirilməlidir.
9. Əgər ləğv olunmuş ştat və ya ştatlara, bu işçinin yerinə qısa müddətdən sonra və heç bir əsas olmadan digər işçi vəya işçilər qəbul edilisə, bu həmin müəssisələrdə - ştatların ixtisarının formal və ya qərəzli aparılmasını təsdiq edir.
10. Əgər ləğv olunmuş ştat və ya ştatlara, bu işçinin yerinə qısa müddətdən sonra və heç bir əsas olmadan "başqa ad və ya ştat adı" altında digər işçi və ya işçilər qəbul edilisə, bu fakt da həmin müəssisələrdə - ştatların ixtisarının formal və ya qərəzli aparılmasını təsdiq edir.
11.İşçilərin sayının azaldılması və ya ştatların ixtisarını - formal və qərəzli aparan, işçilərin əmək müqaviləsini ləğv edən işəgötürənlər - AR Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
12. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarında ən maraqlı hal ondan ibarətdir ki, müxtəlif əsaslarla, o cümlədən də:işçilərin öz xahişi ilə, müddətin qurtarması əsası ilə və ya xəstələnməsi əsası, vəfat etməsi, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı və digər əsaslarla əmək müqavilələri ləğv edilir, lakin,nədənsə həmin müəssisələedə işçilərin ümumi sayı azalmır, əksinə bir çox hallarda artır da. Bu fakt da həmin müəssisələrdə işçi sayının azaldılması və ya ştatların ixtisarının formal olmasını, həmin müəssisədə onlara sərf etməyən işçilərin işdən çıxarılması,yaxın qohum və tanışlarının işə qəbul edilməsinin həyata keçirilməsi məqsədi daşıyır.
13.İşçilərin sayının azaldılmasının və ştatların qanunsuz ixtisarının həyata keçirilməsinin - qarşısı, həmkarlar ittifaqı təşkilatı tərəfindən də alına bilər. Belə ki, işçi ilə bu əsasla əmək müqaviləsinin ləğvi edilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığı alınmalıdır. Qeyd olunan halda isə Həmkarlar ittifaqı təşkilatı- qanunsuz həyata keçirilən bu ixtisarların qarşısını almaq üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verməyə bilər.
14. İşçilərin sayının azaldılması və ya ştatların ixtisatı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı AR-nın Əmək Məcəlləsinə (78-ci maddəsi) uyğun olaraq və nəzərdə tutulan qaydada işçilərin peşəkarlığı xüsusi olaraq qiymətləndirilməlidir. Bu zaman işçinin peşəkarllğı, peşə üzrə ixtisası, əmək funksiyası və vəzifələrinin yerinə yetirmə bacarığı, işə davamiyyəti, bilik və təhsili, kollektivdə nüfuzu, təltif olunması, sertifikatı, mükafatları, intizam məsuliyyətinə cəlb olunması və sair hallar üzrə müqayisə aparılmalı və bütün işçilər üçün ümumi kriteriyalar müəyyən olunmalıdır.
15. İşçilərin sayının azaldılması və ya ştatların ixtisatı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı: AR-nın Əmək Məcəlləsində (78 və 79-cu maddə) nəzərdə tutulan qaydada işçilərin işdə saxlanılması üçün qanunla nəzərdə tutulan güzəşt və ya təminatları, bu zaman işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsini qadağan edən hallar nəzərə alınmalıdır.
16. AR-nın Əmək Məcəlləsinə uyğun olmayan qanunsuz ixtisarlarla bağlı, əlbəttə işçilərin - məhkəməyə müraciət etmək hüququ var. Lakin bu qanunsuzluğun aradan qaldırılmasını işəgötürəndən tələb etmək ilk növbədə əmək qanunvericiliyinə ictimai və dövlət nəzarətini həyata keçirməli olan: Həmkarlar İttifaqları təşkilatlarının və Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsidir.
17. Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan qanunsuz ixtisarlarla bağlı, işçilərin - məhkəməyə müraciət etmək və pozulmuş hüquqlarını bərpa etmək hüququ var.
18.İşçilərin sayının azaldılması və ya ştatların ixtisatı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı və qanuni olmalıdır. AR-nln Əmək Məcəlləsinin bu tələblərini pozanlar isə müvafiq məsuliyyətə cəlb olunmalıdırlar.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia.az
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2023, 12:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər