reklam
Regionxeberlericom.az » Sosial » Qarabağ ermənisinin həyasızlığı: - “Əsas odur ki, çörəyin unu Ağdamdan gətirilməyib”

reklam

Qarabağ ermənisinin həyasızlığı: - “Əsas odur ki, çörəyin unu Ağdamdan gətirilməyib”


Xəbər verildiyi kimi, Azərbaycan Xankəndidə yaşayan ermənilərin çörəyə olan təlabatını qarşılamaq üçün oraya 40 ton həcmində un göndərib. Lakin separatçılar Ağdam-Xankəndi yolunun Əsgəran hissəsində yolu kəsərək, yükün Xankəndiyə daxil olmasına imkan vermir.

Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bir həftəyə yaxındır davam edən çəkişmənin müsbət nəticə verəcəyi də gözlənilmir. Çünki erməni tərəfi heç bir şəkildə Ağdam yolu ilə yük qəbul etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Azərbaycan tərəfinin humanist addımlarına ermənilərin belə cavab verəcəyi, təəccüblü deyil. Əksinə, bunun baş verəcəyi elə ilk başdan bəlli idi. Bu gün isə Qarabağda yaşayan ermənilərdən bir neçəsi yenə də ənənəvi ritorikalarına davam ediblər.

JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə yaşayan Anna Manqasaryan adlı erməni özünün Facebook səhifəsində yazıb ki, o, Xankəndidə bir neçə gündən sonra dükandan çörək alıb. “Nəhayət, çörək almağa müvəffəq olduq. Qarğıdalı unundan hazırlanır, lakin çox dadlıdır. Şikayət etmirik, əsas odur ki, Ağdamdan gətirilən undan deyil”.

P.S. Ermənilərin bu şəkildə davranışına Azərbaycan tərəfi adekvat reaksiya verməlidir. Əgər dünənə qədər humanistlik göstərib, Ağdam yolu ilə un göndərmişiksə, həmin maşınlar dərhal geri çəkilməlidir. Bunun ardından, Laçın yolu vasitəsi ilə, hətta müharibə olsa belə bir çöp belə buraxılmamalıdır. Paralel olaraq, Ermənistanla sərhədlərimiz bərkidilməli, son zamanlar adı daha çox hallanan Xələfli yolu nəzarətə götürülməlidir. Bunun ardından isə Qarabağda qanunsuz silahlı dəstələri, onun quldur üzvlərinin tərksilah edilməsi və zərərsizləşdirilməsi üçün zəruri addımlar atılmalıdır. Çünki Qarabağdakı ermənilər də digər erməni soydaşları kimi, ideoloji cəhətdən zəhərləniblər. Onların Azərbaycana heç bir faydası olmayacaq. Əksinə, gələcəkdə də ciddi problem yaradacaqlar.





Paylaş:


Müəllif : Tarix:
5-09-2023, 13:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər