reklam
Regionxeberlericom.az » Sosial » Səlim Müslümovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

reklam

Səlim Müslümovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş tərəfin nümayəndəsi iclasa qatılmayıb.

S. Müslümovun müdafiəçiləri bildirib ki, zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı təmin olunsun. Vəkil həmçinin qeyd edib ki, vəkillər sonuncu məhkəmənin protokolu ilə tanış olmayıb. Vəkil müdafiə tərəfə sonuncu protokolla tanış olmaq üçün vaxt verilməsini xahiş edib.

Dövlət ittihamçısı da vəsatəti təmin olunmasını istəyib.

Hakimin qərarı ilə vəsatət təmin edilib.

Hakim bildirib ki, eyni zamanda, məhkəmə tərkibində təmsil olunan hakimlərdən biri qısamüddətli məzuniyyətə getdiyi üçün təxirə salmaq daha məqsədəuyğundur.

Növbəti proses oktyabrın 4-nə təyin edilir.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.

Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.




Paylaş:


Müəllif : Tarix:
6-09-2023, 13:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər