Xankəndindəki separatçılar daşnak “spiker”in başına yığışdı... - NƏ BAŞ VERİR?
Araik Arutyunyanın istefaya göndərilməsindən sonra Azərbaycan Respublikasının Yuxarı Qarabağ torpağındakı separatçı-terrorçu rejimin qondarma “prezidenti” səlahiyyətlərini icra edən, qanunsuz “parlament” sədri David İşxanyan Xankəndində “mövcud vəziyyətin gündəliyi üzrə işçi iclas çağırıb”.
Regionxeberlericom.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın “Azadlıq” radiosunun erməni bürosu (“Azatutyun”) məlumat yayıb.
Qondarma “müdafiə naziri” Kamo Vardanyan “artsaxın təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün atılan addımlar barədə məlumat verib”. Qanunsuz “dövlət naziri”, hazırda “prezident”liyə yeganə ortaq namizəd olan və Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın adamı sayılan Samvel Şahramanyan “müşavirə iştirakçılarına humanitar fəlakətin aradan qaldırılması üçün görülən tədbirləri təqdim edib və yeni çağırışlarla üzləşmək üçün lazımi addımlardan danışıb”.
“Məsləhətləşmə zamanı həmçinin” qanunsuz “qanunverici” orqanında sentyabrın 9-da gözlənilən qondarma “prezident” “seçki”lərindən də danışılıb.
Xatırladaq ki, hazrda baş separatçı səlahiyyətlərini icra edən David İşxanyan Moskva tərəfindən dəstəklənən terrorçu “Daşnaksütyun” partiyasının Xankəndindəki əsas nümayəndəsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-09-2023, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər