reklam
Regionxeberlericom.az » Sosial » "Belə qanunsuzluq olar?.." - NARAZILIQ VAR!

reklam

"Belə qanunsuzluq olar?.." - NARAZILIQ VAR!


Cəlilabad rayonu, Uzuntəpə kend sakini Qənbərov Namiq Ərşad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 10 il pensiya almasına baxmayaraq, onun pensiyasını kəsiblər:

"Mən, Qənbərov Namiq Ərşad oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mən 10 ildir vərəm və astma xəstəsiyəm. 1995-ci ildə hərbi xidmətdə olarkən vərəm xəstəliyinə tutulmuşam, güclü astma bronxit xəstəsiyəm. Hal-hazırda yataqda qalmışam, amma mənim pensiyamı vermirlər ki, sağalmısan.

Belə qanunsuzluq olar? İşləyə bilmirəm, heç bir iş yeri məni işlə təmin etmir. Səhhətim göz qabağındadır. Müalicə üçün də pulum yoxdur. Xahiş edirəm, pensiyamın bərpası üçün mənə köməklik göstərəsiniz".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağı bildirildi.

Şikayətçinin redaksiyamıza göndərdiyi videoları olduğu kimi təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
8-09-2023, 09:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər