reklam
Regionxeberlericom.az » Sosial » Qarabağda yeni savaş KİMİN İŞİNƏ YARAYIR? - Düşmən BAŞINI İTİRİB...

reklam

Qarabağda yeni savaş KİMİN İŞİNƏ YARAYIR? - Düşmən BAŞINI İTİRİB...


Son vaxtlar Ermənistanın təmas xəttində çoxlu sayda texnika və canlı qüvvə toplamaqdadır. Ermənistanın hərbi aktivliyi İrəvanın bölgədə yeni bir qarşıdurmaya rəvac verəcəyi ilə bağlı ehtimallara yol açıb.

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Ermənistanın müharibə arzusunun onun özünün faciəsi ilə yekunlaşacağını vurğulayıb:

“Ermənistan yenə də xarici havadarlarının şirin vədlərinə, onların verdiyi təlimatçılara, silah-sursata, hərbi texnikaya uyub belə düşünür ki, yenidən Azərbaycana qarşı müharibəyə başlasa, o zaman nələrisə qaytara, nələrsə əldə edə bilər. Lakin mən əminliklə deyirəm ki, Azərbaycan Ordusu qarşısında, Azərbaycan xalqının iradəsi və qəhrəmanlığı qarşısında, Azərbaycan Prezidentinin apardılğı müdrik siyasət qarşısında bütün bu fitnə-fəsadlar puç olacaq. Bunlar xülyadan başqa bir şey deyil. Ermənistan məğlubiyyətə və rüsvayçılığa məhlkumdur və bu aqibətdən qurtula bilməyəcək”.




Paylaş:


Müəllif : Tarix:
8-09-2023, 13:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər