reklam
Regionxeberlericom.az » Sosial » “Özünə hörmət etməyən adamlara cavab vermirik” - QALMAQAL

reklam

“Özünə hörmət etməyən adamlara cavab vermirik” - QALMAQAL


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ReAL partiyasının tənqid edib.

O, ReAL-ın satqınlıqla məşğul olduğunu deyib:

“Açığını deyim ki, ReAl-ın 3-4 nəfərdən başqa üzvü yoxdur. Bu partiya cığallıq, satqınlıqla məşğul olan bir partiyadır. ReAl-ın sədri həbsdən çıxandan sonra dövləti şərləyərək 160 min manat pul alandan sonra səsini kəsdi. Daha sonra cığallıqla ReAl-a parlamentdə deputat mandatı verildi, qazanmadı. Yadınızdadırsa, ReAl-ın deputatı Erkin Qədirli Avropa Şurasında ermənilərə müsahibə verərək dedi ki, mən özüm də parlamentə seçilməmişəm. Bu, Azərbaycan dövlətinə bir zərbə idi”.

H.Hacıyev hesab edir ki, həmin dövrdə Erkin Qədirlini geri çağırıb ona deməliydilər ki, əgər belədirsə, mandatını qoy və çıx, get:

“Bütün bu məsələləri götür-qoy edəndə gördük ki, ReAl artıq müəyyən satqınlıq və dövlətin əleyhinə əks-təbliğatla məşğuldur. Biz bu tendensiyaları nəzərə aldıq və düşünürdük ki, heç olmasa, bundan sonra dərs çıxarar və partiya ətrafında müəyyən adamlar toplayarlar. ReAl 2-3 nəfərdən ibarət olan partiyadır, topladığı imzaların çoxu da düz çıxmır”.

Regionxeberlericom.az bildirir ki, Bizim.Media-ya açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərlinin MMP sədrinin tənqidinə cavabı qısa oldu:

“Özünə hörmət etməyən adamlara cavab vermirik. Biz yalnız ciddi mövzularla bağlı sualları cavablandırırıq”.




Paylaş:


Müəllif : Tarix:
11-09-2023, 12:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər