"Azəriqaz"da əndrəbadi üsul-idarə... - GİLEY
Azəriqaz" İB-nin işçisi, Qarabağ müharibəsi əlili Əhməd Rəhmanov Mia.az-a müraciət edib.
O bildirir ki, son 5 ildə Azəriqaz IB- də 2-ci dəfə haqsızlıqla üzləşib:
"Mən 1996- çi ildən Azəriqaz IB-də növbəli iş rejimində çilingər işləyirəm. Və hər mütəmadi olaraq işdə isləyə biləcəyim barədə həkim rəyi gətirirəm.
2014- çi ildə artıq bir dəfə qanunsuz olaraq, özüm kimi başqa bir Qarabağ müharibəsi əlili ilə birgə işdən çıxarıldıqdan sonra Xətai rayon məhkəməsinin qərarı ilə yenidən öz iş yerimə bərpa edilmişəm.
Bu ilin may ayında isə " Azəriqaz " rəhbərliyinin struktur dəyisiiyi adı altında apardığı "oyun" (buna basq ad vermək olmazdı) zamanı yenidən həmin o Qarabağ əlili olan iş yoldaşımla birgə yenidən qurban seçildim. Deyə bilərsiniz ki, seçildim niyə?
Cavab verirəm: işlədiyim növbəli iş rejimli xidmətdə bizimlə birgə 8 çilingərin olmasına baxmayaraq, müdiriyyət məhz bizə, 8 nəfərdən 3-nə "təklif" elədi ki, "ərizəni yazın, sizi bu işdən çıxaraq, əvəzində başa bir xidmətdə isə götürəcəyik".
Bu seçkinin isə hansı meyarla ararıldığı barədə və yeni təklif elədiyi işdə hansı şəraitdə işləyəcəyimiz barədə yazılı təminat istəsək də, verilmədi. Ona görə də ərziə yazmaqdan imtina etdik və bu barədə Dövlət Əmək Mufəttişliyinə müraciət etdik.
Bu müraciətdən sonra dəfələrlə "Azəriqaz"ın baş ofisinə çağrılıb, sözün əsl mənasında hədə-qorxu gəlindikdən sonra işsiz qalmaq qorxusu altında o biri yoldaşlarım müdiriyyətin təklifini qəbul etməli olsa da, mən bunu etmədim".
Şikayətçi yazır ki, bundan sonra ona qarşı təzyiq artıb:
"Məsələn , 23 il işlədiyim Nəsimi rayonundan çıxarılıb, eyni isə lakin Səbail rayonuna isə göndərildim. Arayış üçün bildirirəm ki, işimizin xüsusiyyəti ondan ibarətdir ki, qaz xətlərində və tənzimləyici qurğularda hər hansı bir sızma və ya basqa bir problemlem yaranarsa, qazın dayandırılması və bu tənzimləyicilərdə qazın stabil tezlikdə qalmasını təmin etməkdir.
Bu xidmətdəsə rəhbərliyin səriştəsizliyinin nəticəsi kimi, qaz xətlərinin dəqiq xəritəsi olmadığı üçün bu gün bütün işçilər yaddasla işləyir. Yəni xətlərin hardan açılıb bağlanması, ünvanları tapmaq üçün köhnə işçilərsiz mümkün deyil.
Mən isə düşdüyüm rayonda artıq çilingərin biri yeni xidmətə göndərildiyindən tək işləməli oldum.
Bundan əlavə, Bakı şəhərinin mərkəz hissəsində qaz xətlərinin çoxu yer altındadır, bunları açıb bağlamaq üçün isə qaz qutularına girmək lazımdır. Hər il imtahan verdiyimiz əmək təhlükəsizliyinə görə isə bu qutuda iş görmək üçün quyunun dərinliyindən asılı olaraq 2-3 nəfərdən az işçi olduqda quyuya girmək qadağandır.
İndi bir anda təsəvvür edin ki, Bakının mərkəzində qaz şişməsi baş verir və mən xəritə olmamasına görə bu unvanı tapa bilmirıəm, vaxt isə gedir, amma təlimata görə qazı da baglaya bilmirəm.
İkinci bir təlimata görə, mənə bu quyuya tək girmək qadağandır. Faciənin qaçılmazlığı aydın deyilmi?".
Qarabağ əlili bildirir ki, bütün bu qanunsuzluqlar barədə o, iyun ayının sonunda bir daha "Azəriqaz" rəhbərliyinə elektron məktubla müraciət edib:
"Yazdım ki, faciə olarsa, bunun cavabdehlyini səriştəsiz iş planındadır. Onu da bildirim ki, may ayında aparılan dəyişiklər nəticəsində mərkəz rayonlarda, yəni Səbail, Yasamal, Nəsimi rrayonlarında operativ iş üçün cəmi bir nəqliyyat vasitəsi qalıb. Yənı iraq olsun, 9-cu mikrorayonda qəzanı aradan qaldırılması üçün işçini ora aparan nəqliyyat, eyni zamanda, 20-ci sahədə də qaz xəttində qəza baş verərsə, Səbaildə işləyən bir çilingərin qəza yerinə necə apara bilər ki?
Düzdü mən daşa düşürəm, doğru iradı və səhvi qəbul eləmək hər rəhbərliyin işi deyil. Buna görə müdrik rəhbər gərək olasan. Amma mən bunları görə görə susa bilmədim. Bundan əlavə, son 2 ayda əmək haqqımin düzgün hesablanması məndə şübhə yaratdığından iyul ayının 14- u mən yenidən Dövlət Əmək Mufəttisliyindən əmək haqqımın hesablanması üçün yardım istədim.
Yenə bildirirəm ki, bu aralarda mənə təzyiqlər davvam edirdi. Zəng edib deyirdilər ki, sözə baxım, ərizə yazıb, başqa işə keçəməyə razı olum. İyul ayının 29- u məni "Azəriqaz"ın hüquq departamentinə çağrılıb belə bir "təklif "aldım ki, "Get Əmək Müfəttişliyindən ərizəni geri götür və .... öz xahisinlə ( son 2 ayda artıq 3-cu dəfə ) başqa isə keçmək barədə ərizə yaz".
Söhbət zamanı isə mənə bəlli oldu ki, Dövlət Əmək Müfəttişliyi əmək haqlarının hesablanmasında qanun pozuntusu tapdığı üçün "Azəriqaz"ə böyük məbləğdə cərimə eləməyə hazırlaşır. (Belə çıxır ki, tək mənim yox, bütün işçilərin əmək haqları duz hesablanmır).
Mən, əlbəttə ki, bu təklifdən imtina etdim. Belə ki, qanun pozuntusunun ört-basdır olunmasına şərik ola bilməzdim.
Bundan 2 gün sonra isə iyulun 31-dən avqustun 1-nə keçən gecə növbədən çıxıb evə gedib, ayın 3-u şənbə günü yenidən növbəyə gələndə, xidmət rəisi mənə bildirdi ki, mudiriyyətin əmri ilə sən artıq növbəli işdə yox, gündəlik isə keçirilmisən. Əmri tələb etsəm də, göstərmədi.
Mən hətta bu prosesində Əmək məcəlləsinin. 56-cu maddəsinin 2-cu bəndinə görə düzgün aparılmadığını (işçinin iş şəraiti dəyisilərsə, o, bir ay əvvəlcədən yazılı surətdə bundan xəbərdar olunmalıdır) ona bildirəndə, xidmət rəisi proseslərin rəhbərlik tərəfindən idarə olunduğunu bildirdi.
Həmin gün şənbə günü olduğundan mən ayın 5- i bir daha Dövlət Əmək Mufəttisliyinə bu qanunsuzluq barədə bildirdim. Bundan sonra isə son ayların əsəb gərginliyi özünü büruzə verdiyindən 1 həftə müalicə almaq məcburiyyətində qaldım.
Ayın 14- isə məcbur olub müvəqqəti olsa da, 8 saatlıq iş sistemi ilə isə çıxdımmağa məcburam. Şünki mən həm müfəttişliyin araşdırması, həm də təzyiqlər səbəbindən müraciət etdiyim Xətai Rayon Məhkəməsinin qərarına kimi müdiriyyətin məni qondarma ittihamla işdən qovma imkanı yaratmaq istəmərəm.
2 gün bundan əvvəl isə xidmət rəhbərliyi tərəfindən bir daha çağrılıb, sizə göndərdiyim mihursuz və imzasız əmrə oxşar bir sənəd aldım.
Bir məsələni deyim ki, hətta burada da qanun pozuntusu var. Belə ki, sizə təqdim elədiyim sənəddə mən müvəqqəti olaraq başqa isə kecirilməyim bildirilsə də, avqustun 21-də "Azəriqaz" IB- nin kadrlar şöbəsində mənə növbəti dəfə şantaj məqsədi ilə razılıq ərizəsi kimi təqdum olunan əmrdə artıq müvəqqəti sözü yox idi. Bu isə o deməkdir ki, birinci sənəd Əmək məcəlləsinin 59-cü maddəsi əsasında, yəni müvəqqəti başqa işə keçirilmə, ikinci sənəd isə 60-cu maddəsi əsasında ( birdəfəlik başqa isə keçirilmə) hazırlanıb".
Sonda Qarabağ əlili ölkə rəhbərliyindən məsələyə müdaxilə edilməsini xahiş edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2019, 17:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-08-2019, 17:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti