"Bizdən sonra müraciət edənlər alır, amma..." - GİLEY
Şamaxı şəhəri, Sabir qəsəbəsinin sakini Kazımova Aysel Kazım qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə şikayətçi iddia edir ki, 2021-ci ildən Məşğulluq Xidmətində qeydiyyatda olmasına baxmayaraq, ona heyvan vermirlər, “vaxtının çatmadığını” deyirlər:
"Mən, Kazımova Aysel Kazım qızı, sizdən xahiş edirəm ki, mənə kömək edin.
2021-ci ildən Məşğulluq İdarəsindən heyvan almaq üçün qeydiyyatdan keçmişəm. Mənə siyahıda 307-ci adam olduğum deyilmişdi. Lakin illər, aylar keçir, bu 307-ci nömrə gəlib çıxmır.
Bu qədər özbaşınalıq olmaz. Bu dövlətin bir yiyəsi-sahibi yoxdurmu? Ehtiyac ucbatından müraciət etmişik, bizi gecikdirirlər. Bizdən sonra müraciət edənlər alır, bizə sıra gəlmir.
Hər bir işin başında pul durur, bu aydındır. Amma həqiqi ehtiyacı olanlara heç olmasa yazığınız gəlsin".
Məsələ ilə bağlı Şamaxı rayonu Məşğulluq Xidməti ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2023, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər