“Şahin müəllim, Gəncədə işləmisiz, az qol vurun”
Futbol üzrə Azərbaycan çempionatı bu mövsüm gözlənilməzliklərlə başlayıb. Bunu görmək üçün turnir cədvəlinə baxmaq kifayətdir. “Zirə” ilk 6 turda mümkün 18 xaldan 15-ni toplayıb və zirvədə yerini tutub. “Qarabağ” isə son 10 mövsümdə ən pis başlanğıcla yadda qalıb. “Sabah” avrokubok üzüntüsünü üzərindən ata bilməyib.
Autsayder sayılan “Kəpəz” isə “Neftçi”ni məğlub edib, “Qarabağ”la heç-heçə etsə də, sonrakı matçlar heç də uğurlu olmadı. Evdə ardıcıl məğlubiyyətlərin ardından Gəncəlilər bu dəfə “Səbail”i qəbul edirdi. Azərbaycanın futbol beşiklərindən sayılan şəhərdə xarablıqları xatırladan stadionda komanda qələbə qazanmaq niyyətində idi. Azər Məmmədovun yetirmələri oyuna pis başladı. Hələ 2-ci dəqiqədə “sarı göylər”in sabiq oyunçusu Yusif Nəbiyev gözlənilməz baş zərbəsi ilə azarkeşləri məyus etdi. Cəmi 13 dəqiqə sonra ikinci qol gəldi. Bundan sonra isə azarkeşlər artıq çalışdırıcını istefaya səsləyirdi. Klubun mühafizəçiləri isə azarkeşləri sakitləşdirmək üçün əllərindən gələni etdi.
10 manat verib “VİP” (adi tribunadan bir fərqi yoxdur) alan azarkeşlərdən biri isə maraqlı replikaları ilə diqqətimi çəkdi. Düz yanımda oturan tərəfdar ötən il baş verənlərdən sonra komandanın bu vəziyyətə gəldiyini dəfələrlə deyib üzülürdü: “Gəncədə azarkeşlər futbolu bilir, amma qruplaşma yaradırlar. Ötən mövsüm komandanın bombardirlərdindən olan Abdulla Şuaybunu alqışladığıma görə üstümə hücum çəkdilər. Deyirdilər ki, gəncəli olan Tural Rzayevi alqışla. Niyə? Şuaybu komandaya bu qədər xeyir vermişdi. Sonra dedilər ki, Gəncədə yerli məşqçi işləməlidir, heç nədən əla komanda yaradan Tərlan Əhmədovu göndərdilər. Tərlan başqa millət idi?”
Davamında isə həmin azarkeş “Səbail”in çalışdırıcısı Şahin Diniyevi çağırdı və maraqlı dialoq yaşandı:
Azarkeş: Şahin müəllim, Gəncədə işləmisiz az qol vurun.
Ş.Diniyev: Təşəkkür edirəm, dəstəyinizə görə minnətdaram.
Açığı təcrübəli məşqçinin oyunun gedişində azarkeşlərlə belə səmimi dialoqu maraqlı ab-hava yaratdı. Hər kəs rəqib də olsa, onu alqışladı.
“Kəpəz” darmadağın olmuş məkanı xatırladan arenada darmadağın oldu. 0:3 hesablı məğlubiyyətdən sonra Azər Məmmədov komandasını da, özünü də, qapıçını da qınamaqla məğlubiyyəti şərh etdi.
Gəncə stadionunda sonuncu dəfə ötən mövsümün əvvəllərində olmuşdum. Bəzi tribunalara yaxın durmaq mümkün deyil. Niyə təmir olunmadığı isə hələ də sual olaraq qalır.
“Kəpəz”in matçından bir gün sonra isə Tovuz şəhərində bu mövsüm heç də yaxşı günlərini yaşamayan “Qəbələ” “Turan Tovuz”la qarşılaşırdı. Əslində, meydan sahibləri bu mövsüm göstərdikləri çıxışla favorit sayılsalar da, “qırmızı qaralar” son turda lider “Zirə”ni məğlub etməklə asan təslim olmayacağını ortaya qoymuşdu. “Qəbələ”nin yeni gələn legionerləri süni meydançanı görüb şoka düşsələr də, orda oynamaq məcburiyyətində idilər.
Kifayət qədər maraqlı alınan oyunda meydan sahibləri iki qol vursalar da, qələbəni əldən verdilər. Xarakter nümayiş etdirən “Qəbələ” çətin səfərdən 1 xalı qazandı.
Oyunu maraqlı edən başqa məqam isə qonaqların məşqçisi Xəqani Məmmədovun baş hakim Əliyar Ağayevə “oyunu kişi kimi idarə et” deməsi idi. Düzdür, təcrübəli FİFA referisi onu meydandan qovdu, güzəşt etmədi. Amma istənilən halda narazılıqlar adi hal alıb.
Turun sürprizi “Neftçi”nin “Araz-Naxçıvan”a məğlubiyyəti idi. Adrian Mutu rəhbərliyində heç də yaxşı oyun sərgiləməyən bakılılar debütanta məğlub olmaqla yadda qaldı.
“Qarabağ” isə bu mövsümkü enişli-yoxuşlu çıxışından sonra “Sabah” üzərində inamlı qələbə qazanmaqla sanki “geri döndüm” mesajı verdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2023, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər