reklam
Regionxeberlericom.az » Sosial » Bu karqo şirkətində müştəri məmnuniyyəti ARXA PLANDADIR... - NARAZILIQ VAR!

reklam

Bu karqo şirkətində müştəri məmnuniyyəti ARXA PLANDADIR... - NARAZILIQ VAR!

" "Bahar karqo" adlı bir karqo, bağlamanı vəd etdiyi qiymətlə yox, kefi istəyən qiymətlə hesablayır!" Bu barədə Məmmədova adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Deməli, Bahar karqo, kampaniya elan edib və əməkdaşımız bağlama sifariş edib, bağlama gələndə isə şoka düşüb! Belə ki şirkət, saytda yazdığı kimi yox, BAŞQA CÜR hesablayıb. Və saytda öz yazdıqlarının səhv olduğuňu deyir...

Saytda aşkar şəkildə yazılıb ki, 10 kq və üstü, 1.1 dollardan hesablanır. Bağlama da 10kq-dır. Karqo haqqı təbii ki, 11 dollar olmalıdır, lakin karqo 15 dollar hesablayıb!

Bir şirkət düşünün: öz rəsmi saytını inkar edir, deyir ki biz instaqramda başqa cür tarif paylaşmışıq, saytımızdakı elə-belə yazılıb!

Bu savadsızlar anlamır ki, saytda bir cür, sosial mediada başqa cür yazmaq, nəsə bir mərifət deyil, əksinə çox təhlükəlidir, çünki istehlakçı haqlarını və qanunları tapdalamaqdır!

P.S. Təcrübə deyir ki, karqolar adətən əsəbləşəndə bu cür maxinasiyalara verirlər. Görünür ki, bunlar da müştərilərin digər karqolara qaçmasının qısasını elə müştəridən almağa qərar veriblər)...

P.P.S. Etdiklərinin yanlış olduğunu dəfələrlə bildirdik, lakin heç cür qanmadılar.

Əlbəttə ki, bu məsələni mediada da gündəmə gətirəcəyik və müvafiq qurumlara da şikayət göndərəcəyik, lakin burda da paylaşaq ki qoy insanlar xəbərdar olsunlar və aldanmasınlar!"









Paylaş:


Müəllif : Tarix:
19-09-2023, 10:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər