reklam
Regionxeberlericom.az » Sosial » Gəncədə lisey direktoru rüşvəti belə yığırmış – VİDEOFAKT

reklam

Gəncədə lisey direktoru rüşvəti belə yığırmış – VİDEOFAKT


regionxeberlericom.az RealMedia.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə Gəncə şəhər 3 nömrəli Peşə Liseyinin İsmayıl adlı mühasibinin liseyin müəllimi Şərifli Əli Famil oğlunda rüşvət alamasını əks etdirən video görüntü yayılıb.

Həmin məlumatlarda qeyd olunur ki, Şərifli Əli Famil oğlunun Gəncə şəhəri 3 nömrəli Peşə Liseyində İKT peşələri üzrə ixtisas fənn müəllimi işlədiyi, cari tədris ilinin ikinci rübündə onun əməkhaqına qarşı lisey rəhbərliyi tərəfindən maxinasiya edildiyini iddia edilir. Liseyin müəllimi bildirir ki, iyulun 20-də maaş kartından çıxardığı 505 manat pul sabiq direktor Fazil İsmayılov və baş mühasib İsmayıl İsmayılov tərəfindən mənimsənilib. RealMedia.az xəbər verir ki, iddialara və ortada olan vedo görüntülərdən də net şəkildə görünür ki, baş mühasib direktorun adı ilə müəllimin maaşını əlindən almaq üçün onu aldadıb.

Əli Şəriflinin sözlərinə görə, baş mühasib iyulun 20-də onu yanına çağıraraq maaş kartına maaşa aidiyyatı olmayan əlavə pul köçürdüyünü, həmin pulu alaraq ona verməli olduğunu bildirib. Müəllim deyiləni edib, lakin sonradan maaşının əlindən alındığını öyrəndikdən sonra liseyin sabiq direktoru F.İsmayılova iradlarını bildirib. Pulu ondan və baş mühasibdən geri tələb edib. Lakin, rəhbərlik müəllimə hədə-qorxu gələrək tələbdən yayınıb. Müəllim bildirir ki, həmin pul bu ilin yanvarından tədris ilinin sonunadək keçdiyi saat hesabı dərsin hesabına ödənilmiş vəsait olub. Şikayətçi müəllim bildirir ki, mühasib Fazil İsmayılovun doğmaca qardaşı oğludur və bu hal da qanunvericiliklə hüquq pozuntusudur. Deyilənlər doğrudursa, liseyin mühasibinin əli ilə qanunsuzluq etmiş direktor Əli Şəriflini işdən qovacağı hədəsilə açıq şantaj edərək müəllimə qarşı dələduzluq etmişdir. Təsadüfi deyil ki, şikayətçi müəllimin özü də işini itirməmək xatirinə həmin pulu verdiyini bildirir.

Şərifli Əli Famil oğlu dediklərinin sübutu kimi ondan tələb olunan 505 manat pulu liseyin baş mühasibi İsmayıl İsmayılova verərkən telefonu ilə qeydə aldığı video görüntü hər şeyi deyir. Başqa şərhə ehtiyac yoxdur.






Paylaş:


Müəllif : Tarix:
31-08-2019, 10:51
Sikayət   


loading...
Загрузка...