Tələbə kouçluğu xidməti göstərən mərkəz fəaliyyətə başladı - Ölkədə ilk
İCF və AC akreditasiyalı tələbə kouçu Günay Məmmədova ölkədə ilkə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, yüksək reytinqli xarici universitetlərin ayrılmaz parçası olan tələbə kouçluğu proqramı 23 sentyabrda G.Məmmədova tərəfindən uğurla tətbiq edilib.
Tələbələr üçün həyata keçirilən təlimə Azərbaycan Universitetindən 2, Azərbaycan Dillər Universitetindən 3, Azərbaycan Dövlət Pedoqoji Universitetindən 1 tələbə onlayn formada qatılıb.
Günay Məmmədova ali universitetdə müəllim olaraq əldə etdiyi 11 illik təcrübəsinə əsasən bildirir ki, ölkəmizin tələbələri zamanın tələbləri ilə ayaqlaşmaqda çətinlik çəkir: “Onlar istər təhsil, istər həyati problem və əngəlləri dəf etməkdə bələdçilik edə biləcək insana ehtiyac duyurlar. Bu məqamda tələbənin köməyinə tələbə kouçu gəlir. Kouç sözü Azərbaycan dilində “ustad” sözü ilə əvəzlənə bilər. Bütün bunları nəzərə alaraq “Ustadım” Tələbə Uğur Mərkəzini tələbələrə xidmət üçün təsis edilib”.
Günay Məmmədova təsis etdiyi mərkəzdə tələbələrə akademik uğur əldə etməkdə əngəl törədən maneələrin və problemlərin aradan qaldırılmasına, təhsil və şəxsi həyatlarında mükəmməl nəticələr əldə etmələrinə kömək edən unikal bilik toplusu və xidmətlər təklif edir. Tələbəni güclü suallarla düşündürüb onların enerji və stresini düzgün hədəfə yönləndirmək Ustadım Tələbə Uğur Mərkəzinin tələbələrlə olan əməkdaşlığının ana xəttini təşkil edir. Kouçinq prosesində tələbələr öyrənmə bacarıqlarını dərinləşdirir, öz hərəkətlərinə görə cəmiyyət və ailə qarşısında məsuliyyət daşımağı, həyatda öz uğur və gələcəyini şüurlu şəkildə qurmağı öyrənirlər. Tələbələr eyni zamanda öz “ustad”larının zəngin bilik və təcrübəsi ilə güclü və zəif tərəflərini, istedad və fəzilətlərini, dəyərlərini öyrənəcək, akademik bacarıq və vərdişlərini inkişaf etdirmək və yaxşı işlənmiş fəaliyyət planları hazırlamaqda ustalaşırlar.
Tələbəylə təşkil olunan həftəlik seansda tələbəni həftə ərzində dərsindən və akademik uğurundan usaqlaşdıran hər növ problem kouç ilə müzakirə olunaraq həll yolunu tapır. Seanslarda tələbə ilə qurulan münasibətlər empatiya, qayğı, dinləmə, ümid, cəsarət, inam, şəxsiyyətə hörmət və sevgi elementləri üzərində qurulur. Tələbə koçuyla münasibətdə olan tələbə öyrənmə texnikaları və qeyd götürmə metodları, vaxtın idarə olunması, dünyagörüşü və düşüncə tərzləri, streslə və narahatlıq hissi ilə mübarizə yolları, özünükəşf, şəxsi brendinq, motivasiyada qalmaq üçün texnikalar, məqsəd və hədəflərə çatmaq yolları və sosiallaşma kimi və s. məsələlərdə uğur qazanır.Bütün bunları həyatında idarəetməyi bacaran tələbənin imtahan nəticələri və dünyaya baxışı da müsbətə doğru dəyişmiş olur. Beləliklə, dərsə fokuslanmış, ixtisasında mükəmmələşən tələbəni kouç cəmiyyətə qazandırmış olur.
Qeyd edək ki, “Ustadım” Tələbə Uğur Mərkəzinin təsisçisi və müəllimi Günay Məmmədova 1990-ci ildə Gəncə şəhərində anadan olub. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin “İngilis dili” fakültəsində, magistr təhsilini isə Xəzər Universiteti “İngilis dili və ədəbiyyatı” fakültəsində alıb. Hazırda Azərbaycan Dillər Universitetində təhsilin dissertantura pilləsində “German dilləri” ixtisasında filologiya üzrə fəlsəfə doktorluğu proqramı üzrə müdafiəyə hazırlaşır. 2011-2022-ci illər ərzində Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasında ,2022-2023-cü illlərdə isə Azərbaycan Universitetinin Xarici Dillər Kafedrasında müəllim olaraq, DİM-də 2019-2020-ci illərdə listening mətnlərinin səslənməsi üzrə ekspert olaraq fəaliyyət göstərib. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dərs prosesini motivasiya və kouçinq üzərində təşkil etdiyinə görə “Təhsilin Ulduzu” mükafatına layiq görülüb. Tələbələrin özünü kəşf etməsinə yardımcı olacaq “Təhsil Eşqdir” özünükəşf və motivasiya gündəliyinin müəllifidir. 2021-ci ildə “Association for Coaching” akreditasiyalı, 2023-cü ildə İCF akreditasiyalı sertifikatlar əldə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2023, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər