reklam
Regionxeberlericom.az » Sosial » Tanınmış yazar deputata DƏSTƏK VERDİ - "Heç kim pis-yaxşı öz komfort zonasını tərk etmək istəmir..."

reklam

Tanınmış yazar deputata DƏSTƏK VERDİ - "Heç kim pis-yaxşı öz komfort zonasını tərk etmək istəmir..."


Fazil Mustafanın "Qələbə xalqı" çağırışına bir çoxlarının əsəbi "hay verməsi" anlaşılandır. Çünki bir az geniş izaha ehtiyacı olan bir çağırışdır.

Təbii və məntiqi qanunauyğunluq budur ki, əvvəlcə səbəb yaranır, sonra öz nəticəsini doğur.

Amma bəzən əksinə də olur: əvvəlcə nəticə yaranır, sonra öz səbəbini yaradır.

Bu barədə Jak Derridanın "Qanunun gücü; Hakimiyyətin mistik mənşəyi" kitabında ətraflı danışılıb.

Derrida səbəbini yaradan nəticəyə nümunə kimi ABŞ-ın "Müstəqillik Bəyannaməsi"ni göstərir. Bəyannamədə belə bir ifadə var? "Biz Amerika xalqının təmsilçiləri".

Halbuki ortada "Amerika xalqı" deyilən bir xalq yoxdur. Amerika xalqı Bəyannamədən sonra yaranacaqdı. İmzalanan Bəyannamə isə olmayan xalqın mümkün olmayan təmsilçiləri tərəfindən imzalanır. Yəni Derridanın sözləri ilə desək, "imza, imza atanı icad edir". Nəticə öz səbəbini yaradır.

Bu gün Azərbaycan xalqı hər sahədə özünü nəticə olaraq görür. Yenidən özü-özünün səbəbi olub yeni bir nəticəyə varmaqdan ya qorxur, ya bacarmır və s. Heç kim pis-yaxşı öz komfort zonasını tərk etmək istəmir.

Depressiv elementlərə bağlılığın özü də bir komfort zonadır. Bəzi azərbaycanlılar Qarabağın işğaldan azad edilməsini buna görə qəbul edə bilmir. Adam otuz ilidir Qarabağ dərdindən özünə psixoloji, yaxud siyasi bir komfort zona düzəltmişdi, kef edirdi öz dərdiylə. Səhər yuxudan oyandı ki, dərdi gedib, yurdu qalıb. Barışa, qəbul edə bilmir. Gül kimi otuz illik dərdini məhv ediblər.

Fazil bəyin dediyi "Qələbə xalqı" çağırışı nəticəsini sonradan yaradacaq bir səbəbdir. Eynən xalqını sonradan yaradan ABŞ-ın "Müstəqillik Bəyannaməsi" kimi...

Aqşin YENİSEY - DİA.AZ




Paylaş:


Müəllif : Tarix:
5-10-2023, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər