Elə istərdim, Arayiki mühakimə edəcək hakimin yerində olmaq...
Harutunyana qədər hamısını qandallayıb gətirdilər. Bakıdadır canilər. İndi ifadələr, etiraflar bir-birinin ardınca sıralanacaq. Sensasiya hələ bundan sonradır. Qarabağı kimsənin köməyi olmadan özümüz necə işğaldan azad etdiksə, beynəlxalq təşkilatların görməli olduğu işi necə özümüz gördüksə, de-fakto hərbi tribunalı da özümüz təşkil edəcəyik.
Bir zamanlar Xocalı soyqırımı və erməni tərəfindən törədilən digər terrorlarla bağlı hüquq işləmləri haqda danışarkən, haqqımızın mütləq bərpa olunacağını söylərkən bizə yetərincə inanmayanlar vardı. Əlbət, onları da çox qınamıram. Çünki proses həqiqətən çətin idi. Amma hədəfə çatdıq. Nəhayət çatdıq. Hətta inanılmaz bir şəkildə çatdıq...
30 illik dönəmdə nələr olmadı ki. Hər şey və hər şey! Əvvəla: törədilən cinayətlərin əsas icraçıları vaxtilə Azərbaycanın yurisdiksiyasından kənarda olduqları üçün “İnterpol” nələrsə etməli idi. Amma etmədi. Həmin cinayətkarların 3-cü dövlətə gedişinə əngəl yaradılmadı. Hətta bir baxdıq ki, Avropanın 5-liyinə daxil ölkələr separatçıların “lider”lərinə viza dəstəyi göstərirlər.
Daha sonra Roma statutunun ratifikasiyası müzakirə olundu. Bilməyənlər üçün deyim ki, məlum statut 1998-ci ildə Romada yaradılan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsidir. Eyni zamanda bu statutun 2 kuryoz tərəfi var: 1) Məhkəmənin yurisdiksiyası yalnız 1 iyul 2002-ci ildən etibarən törədilən cinayətlərə şamil edilir. 2) Beynəlxalq Cinayət Məhkəməsi iddiaçı dövlətin özünü belə nəzarətə götürmə hüququna, ixtiyarına malikdir və belə olan halda onun ədalətli olacağına, əsl müqəssiri qoyub kənarda günahkar axtarmayacağına kimsənin zəmanəti yoxdur. (Zatən bu səbəbdən Çin və Hindistan kimi dövlətlər məhkəmənin fəaliyyətində iştirak etmirlər. Amerika və Rusiya isə sonradan imzasını geri çəkib: gələcəkdə öz vətəndaşları “Roma statutu”nun təqibinə tuş gəlməsin deyə.)
Xüsusi qeyd: Hazırda Ermənistan Parlamentinin Roma statutunu ratifikasiya etməsi xüsusi hal kimi qabardılır və beynəlxalq mediada xoşməramlı hadisə kimi təbliğ edilir. Əslində isə belə deyil. Ermənistan məlum addımla özünü heç şübhəsiz daha da cəncələ salacaq. Yaxşı bəs niyə belə qəfil qərar qəbul edildi? Sadə səbəbdən: Rusiyaya qarşı demarş nümayişi üçün. Qərb və Avropa da demirəm, birbaşa Fransanın tələbi ilə! Putinə meydan oxumaq səbəbi ilə...
Ardınca Kambocada yaradılan fövqəladə palataların – xüsusi məhkəmələrin alternativ perspektivləri haqda düşündük. Sonra Syerra Lione, Livan hadisələri üçün nəzərdə tutulan “Ad Hoc” tribunallarının presedenti gündəmə gəldi. Daha sonra fikirləşdik ki, bəlkə Avropa Şurası, ATƏT qeyrətə gələr, BMT barı özünə hörmət qoyaraq çıxardığı 4 qətnamənin icrasında maraqlı olar. Amma yox! Bütün ümidlər boşa getdi və nəhayətində aydın oldu ki, torpaqlarımız işğal altından azad edilməyincə, özümüz GÜC olmayınca kimsə səsimizə səs verəsi, dərdimizə çarə axtarası deyil...
İndi isə separatçıların qondarma “prezident”ləri əlimizdədir. Tam səmimi deyirəm: bu sözləri yaza-yaza belə heyrət edirəm. Özümə qəribə gəlir. Hərdən gözümü yumub-açıram. Yuxu olacağından qorxuram...
Amma tam reallıqdır: Harutunyan, Vardanyan Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. Onlar Azərbaycan Konstitusiyasını əllərinə götürəcək, düzgün ifadə verəcəkləri haqda and içəcək, dəqiqəbir “möhtərəm hakim” ifadəsindən istifadə edəcək...
Elə istərdim həmin hakimin yerində olmaq...
P.S. Kaş, şərəfsiz Balasanyan da tezliklə ələ keçə və artıq əfsanəyə çevirilən Natiqin, digər günahsız soydaşlarımızın da qisası alına. Bunu bütün varlığımla arzulayıram!
Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2023, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər