reklam
Regionxeberlericom.az » Sosial » NƏ BAŞ VERİR: Naxçıvana kütləvi maraq var... - İLGİNC

reklam

NƏ BAŞ VERİR: Naxçıvana kütləvi maraq var... - İLGİNC


Ötən həftə sonu Naxçıvana qısamüddətli səfərim oldu. İstər Naxçıvana gedəndə, istərsə də geri dönəndə təyyarədə əslən naxçıvanlı olan çox imkanlı adamlara rast gəldim. Səbəbi ilə maraqlandıqda, dedilər ki, əvvəllər ümumiyyətlə Naxçıvana gəlməyən həmin adamlar bölgənin gələcəyi ilə bağlı ciddi perspektiv gördükləri üçün, MR-ə investisiya qoymaq qərarına gəliblər.

Artıq Naxçıvan və MR rayonlarının inzibati mərkəzləri olan şəhərlərdə torpağın və bina evlərinin qiyməti paytaxt Bakı ilə eyniləşib. Bunun başlıca səbəbləri kimi : “yaşıl dəhliz” layihəsinin işə düşəcəyi və Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən yolun yaxın zamanda açılacağı qeyd edilir.

Hətta bildirdilər ki, kütləvi şəkildə Naxçıvana daimi qeydiyyata düşmək istəyi ilə bağlı müraciətlər var. Çox güman ki, yaxın zamanlarda Naxçıvanın daimi qeydiyyatına düşmək də asan olmayacaq. Kimin nəyi varsa, aparıb ora yatırım etsin, gözəl perspektiv gözlənilir. Açığını deyim ki, heç əslən naxçıvanlı olmayan çevik iş adamları da tez-tez MR-də görünməyə başlayıb. Hələ ki, ancaq əmlak və torpaq alınır, heç bir tikinti aparılmır.

Məhəmmədəli Qəribli - DİA.AZ





Paylaş:


Müəllif : Tarix:
14-10-2023, 11:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər