reklam
Regionxeberlericom.az » Sosial » Əmək pensiyası necə hesablanmalıdır?

reklam

Əmək pensiyası necə hesablanmalıdır?


















Son 10-15 ildə pensiyaya çıxan şəxslərin əksəriyyəti adlıqları pensiyanın məbləğindən narazı qalırlar. Onların bu narazılığı əsaslıdırmı?

Məlum olduğu kimi, 01.01.2006-ci il tarixdən başlayaraq işləyənlər üçün elektron qaydada fərdi uçot sistemi tətbiq edilir.

Fərdi uçot sistemi nədir?

Hər bir işləyən vətəndaş aldığı maaşın miqdarına uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) – hər kəsin anlayacağı dildə desək, pensiya fonduna hər ay müəyyən məbləğdə vergi ödəyir. Ödənən həmin məbləğin rəqəmlərlə ifadəsi elektron sistemdə vətəndaşın adına açılmış hesaba daxil edilir. Məhz bu hesab fərdi uçot sistemi adlanır. Vətəndaşın fərdi uçotunda toplanan vəsaitə pensiya kapitalı deyilir.

Bu çox mütərəqqi bir sistemdir. Burada saxtakarlıq eləmək mümkün deyil. Bu səbəbdən də pensiyaların miqdarını saxtaşadırmaq olmur. Bu sistem həm də pensiyaya çıxmaq üçün vətəndaşı kağız sənədlər toplamaqdan, hələlik qismən azad edir. Əmək fəaliyyətinə 2006-cı ildən etibarən başlayan vətəndaşlar üçün isə kağız sənədlər toplamaq işi tamamilə aradan qalxacaq.

Hazırda Azərbaycanda pensiya aşağıdakı üsulla hesablanır:

Vətəndaşın fərdi uçotunda toplanmış pensiya kapitalı 144-ə bölünür. Alınan məbləğin üzərinə vətəndaşın 2006-cı ilə qədər olan iş stajından asılı olaraq hər il üçün müəyyən məbləğ əlavə olunur və vətəndaşın alacağı pensiyanın miqdarı tapılır.

Gəlin bunu misal üzərində nəzərdən keçirək.

A vətəndaşı 1959-cu ilin yanvar ayının 1-də doğulub. Həmin vətəndaşın pensiyaya çıxmaq hüququ 01.01.2024-cü ildə yaranır.

Tutaq ki, A vətəndaşının fərdi uçot sistemində 25000 manat pensiya kapitalı, 2006-cı ilə qədər isə 27 illik iş stajı var.

Bu halda dövlətin pensiya kalkulyatoru ilə hesablasaq vətəndaşın aylıq pensiyası 316,50 manat edir. Bunun 173,61 manatı 2006-cı ildən sonra vətəndaşın fərdi uçotunda toplanmış məbləğin hesabına formalaşır. Yəni 25000:144=173,61.

Yerdə qalan hissə - 316,5-173,61 = 142,89 manat isə 2006-cı ilə qədər olan 27 illik stajın payına düşür. Bu o deməkdir ki, vətəndaş 2006-cı ilə qədər olan 27 ildə 142,89x144=20576,16 pensiya kapitalı toplayıb.

Bu hesablama metodu ədalətlidirmi?

Təbii ki, yox.

Vətəndaş 19 ildə 25000 manat pensiya kapitalı toplayıbsa 27 ildə daha çox toplamalı idi.

Ümumiyyətlə, 19+27=46 il – yəni bütün ömrü boyu işləmiş adamın 316,5 manat pensiya alması ədalətli sayıla bilməz. Amma bir halda ki, sistem avtomatlaşdırılıb və bu avtomatlaşdırılmış sistemdəki staj əsasında toplanmış pensiya kapitalı pensiyanın miqdarını müəyyən etmək üçün əsas götürülür, onda həmin miqdarı 2006-cı ilə qədər olan staja da şamil etmək olardı.

Zənnimcə, avtomatlaşdırılmış sistemdə toplanmış pensiya kapitalını həmin sistemdə yığılmış staja (illərin və ya ayların sayına) bölmək, alınan nəticəni 2006-cı ilə qədər olan staj müddətinə vurmaqla avtomatlaşdırılmış sistemə qədərki müddət üçün pensiya kapitalının miqdarını müəyyənləşdirmək daha ədalətli olardı.

Yəni 25000:19=1315,79

1315,79x27=35526,32

Bütün staj müddətində, yəni 46 ildə toplanmış pensiya kapitalı isə 25000+35526,32=60526,32 manat edərdi.

Bu halda A vətəndaşının aylıq pensiyası:

60526,32:144=420,32 manat olardı.  

Əgər belə olarsa, onda A vətəndaşı hazırkı pensiyasından 103,82 manat daha çox almış olardı.

Belə görünür ki, pensiyaçılar aldıqları pensiyanın miqdarından narazı olmaqda haqlıdırlar.

Sosial dövlətlər layihələr hazırlayarkən vətəndaşın xeyrinə olan təkliflərə üstünlük verirlər. Biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə belə bir təkliflə müraciət edirik.

Baxsınlar, görək nə deyəcəklər?





Paylaş:


Müəllif : Tarix:
22-10-2023, 21:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər