reklam
Regionxeberlericom.az » Sosial » Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR?

reklam

Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR?

 

Bakıda mənzilin içərisindən qaz xətti keçir. Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi H.Quliyev küçəsi bina 24-dən gedir.

Bu ünvanda qaz boruları birinci mərtəbədəki mənzillərin içərisindən keçir. Halbuki vaxtılə bu borular çöldən çəkilib. Müəyyən artırmalara göz yumulduğu üçün isə belə bir vəziyyət yaranıb.

Məlumata görə, Bizim.Media-ya bu barədə müraciət edən bina sakinlərinin bildirdiyinə görə illərdir ki, bu problem var.

Amma rəsmi qurum məsələyə nəzarət etmir. Belə ki, birinci mərtəbələrə eyvan artırmalarından sonra qaz boruları evin içərisində qalıb.

Bu azmış kimi birinci mərtəbənin altında fəaliyyət göstərən qeyri-yaşayış obyektlərinin içərisindən də ana qaz xətti keçir. Mənzilin içərisində bu boruların qalması ciddi risklərə, təhlükəli, yanğın və ya partlama təhlükələrinə səbəb ola bilər. Bu isə bütün bina sakinlərini təhlükə altına salmış olur.

Sakinlər deyir ki, dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə məsələ ilə bağlı müraciət ediblər. Hətta məsələnin araşdırılması üçün akt da tərtib edilib. Amma nə əraziyə və mənzillərə baxış keçirilib, nə də problemin həlli istiqamətində addım atılıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən sorğumuza heç bir cavab ala bilmədik. Qurumun nə baş ofisi ilə, nə də mətbuat katibi ilə əlaqə yaratmaq mümkün oldu.

Mövzunu diqqətdə saxlayacağıq...







Paylaş:


Müəllif : Tarix:
23-10-2023, 12:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər