reklam
Regionxeberlericom.az » Sosial » Cinslərarası əməkhaqqı fərqi aradan qaldırılacaq

reklam

Cinslərarası əməkhaqqı fərqi aradan qaldırılacaq


Azərbaycanda cinslərarası orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq

Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Belə ki, respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub.

Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən ölkəmiz üçün qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin (2018-ci ildə qadınlar 360, 8 manat, kişilər 670, 2 manat, 2019-cu ildə qadınlar 443,4 manat, kişilər 764, 8 manat,, 2020-ci ildə qadınlar 525, 6 manat, kişilər 830, 2 manat, 2021-ci ildə qadınlar 552, 2 manat, kişilər 851, 7 manat) aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və bu Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə tutulur.




Paylaş:


Müəllif : Tarix:
25-10-2023, 11:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər