reklam
Regionxeberlericom.az » Sosial » “Azəriqaz”ın 3-4 növ sayğacı var: Bilmirsən hansı düz yazır, hansı əyri… - HƏQİQƏTƏN DƏ...

reklam

“Azəriqaz”ın 3-4 növ sayğacı var: Bilmirsən hansı düz yazır, hansı əyri… - HƏQİQƏTƏN DƏ...


Ötən ilin sonunda qaz sayğacımın düzgün işləmədiyini, pul ödəmədiyim halda qaz gəldiyini gördüm və dekabrda sayğacın dəyişdirilməsi üçün müraciət etdim. Aydın oldu ki, ödəmədiyim müddət ərzində təxminən 135 manat borc yığılıb.

Regionxeberlericom.az-ın Heftelik.az-a istinadən məlumatına görə, bunu jurnalist Çingiz Səfərli bildirib.

Jurnalist qeyd edib ki, həmin vəsaiti ödədikdən sonra yeni NFC kartla işləyən “Zenner” tipli qaz sayğacı quraşdırıldı: “Sən demə köhnə sayğacım da laboratoriyaya göndərilib və bu ilin iyun ayında daha 34,92 AZN borc olduğu üzə çıxıb. Və bu borcun da yarandığını hər ay karta ödəniş ediləndə, sayğaca yarı məbləğin köçməsi zamanı təsadüfən öyrənmişəm. Laboratoriya analizi ilə bağlı nə xəbərdarlıq, nə də rəy göndərilib. Əgər, abonentə borc yazılırsa, öncədən xəbərdar edilməli və buna aydınlıq gətirilməlidir. Mən bunu təsadüfən öyrənməli deyiləm.

Verilən açıqlama ondan ibarətdir ki, analizlər zamanı guya sayğacdan daha artıq qaz getdiyi müəyyənləşib. Əgər həmin qaz sərfiyyatını mən işlətmişəmsə, nə üçün keçən il ödədiyim 135 manatın içərisində olmayıb. Yox, əgər bu qaz havaya uçubsa, bunun cəriməsini nə üçün mən ödəməliyəm?!

Digər tərəfdən “Azəriqaz”ın laboratoriya analizlərinin nə dərəcədə doğru olması da haqlı olaraq şübhə yaradır. Çünki sayğac idarəyə aparılır, birtərəfli yoxlanılır, heç bir müstəqil ekspert və ya vətəndaş prosesdə iştirak etmir. Sonda da məlum olur ki, bizim “Azəriqaz”a borcumuz var.

Necə olur ki, elə həmişə xarab olan sayğacın abonentə daha çox qaz verdiyi üzə çıxır??? Sayğac işləmədiyi üçün ödədiyim vəsaitdən az qaz verilməsi mümkün ola bilməzmi? Təbii ki, olar. Lakin yoxlama prosesində iştirak edən yeganə “ekspert” “Azəriqaz”ın işçiləridirsə, nəticə də, əlbəttə, öz xeyirlərinə olacaq.

Əslində isə sayğacın uzun müddət işləməməsi və borc yığılması mənim üçün xərclərimin pozulmasına, proseslər üçün əlavə vaxt sərf etməyimə səbəb olub. Bunun günahkarı da “Azəriqaz”dır. Həm mənəvi, həm də maddi zərərə məruz qoyulmuşam.

“Azəriqaz”ın sayğacına toxunmamışamsa, plombları üstündədirsə, sayğacın uzun müddət işləməməsinin təqsirkarı nə üçün mən olmalıyam?!

Bu gün “Azəriqaz”ın ölkədə 3-4 növ sayğacı var. Bilmirsən hansı düz yazır, hansı əyri… İndi hansına inanaq, hansına güvənək?!”.




Paylaş:


Müəllif : Tarix:
26-10-2023, 09:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər