İstanbulda Bakıya təxribat: - “türklər” bizi aşağıladı
“Küçədən al xəbəri“ (Sokaktan al haberi) Yutub kanalında İstanbul küçələrində Azərbaycan əleyhinə danışan iki şəxsin ifadələri və sözləri sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi reaksiyalara səbəb olub.
Regionxeberlericom.az axar.az-a istinadla xəbər verir ki, Azərbaycanda aldadıqlarını deyən iki şəxs kamera önündə isterik reaksiyalarla Azərbaycan xalqını və dövlətimizi təhqir edirlər.
Qısa araşdırmadan sonra bəlli oldu ki, onlardan biri Yunis Dəmirdaşdır (Yunus Demirtaş). Bir neçə ay öncə Azərbaycanda Yutub kanalına açıqlama verən Y.Dəmirdaş Lökbatanda bir şərikli mağaza qurduğunu, 42 min dollarlıq mal gətirdiyini, şərikinin isə 21 min dollar pul yatırdığını iddia edir. Bildirir ki, qısa müddət bir yerdə çalışdıqdan sonra şərikindən pul almaq istəyib – kirayə və işıq pulu üçün. Ancaq şəriki pul verməkdən imtina edib, Qaradağ Rayon Polis İdarəsinə müraciətinə isə baxılmayıb. Y.Dəmirdaş iddia edib ki, şəriki polisə 35 min manat rüşvət verərək, cinayət işinin açılmasına mane olub.
Məsələyə DİN mətbuat xidməti də reaksiya verib və Türkiyə vətəndaşının iddiasının əsassız olduğu üçün cinayət işinin başlanmasından imtina edildiyi bildirilib. Buna baxmayaraq, ona məhkəməyə müraciət etmək hüququ olduğu xatırladılıb.
“Küçədən al xəbəri” Yutub kanalında isə bu şəxs Azərbaycanda mağaza açdığını, var-dövlətinin hüquq-mühafizə orqanları tərəfindən əlindən alındığını, 500 min dollar pulunun mənimsənildiyini bildirir.
Yalan, böhtan göz qabağındadır: 1. Mağaza açmayıb – mağazaya şərik olub; 2. Cəmi 42 min dollarlıq mal vurub (özünün iddia etdiyinə görə), amma İstanbulda “sokakda” 500 min dollarının əlindən alınmasından danışır; 3. Şəriki ilə anlaşılmazlıqda polis onun haqsız olduğunu bildirir – Y.Dəmirdaş isə polisin 35 min manat rüşvətlə cinayət işinin başlamasından imtina etdiyini bildirir.
35 min manat – təxminən 20 min dollardır. Adı açıqlanmayan şəriki 42 min dollar yatırım edən “həmkarına” niyə ev kirayəsi və işıq pulunu ödəmək üçün pul verməyib də, polisə 35 min manat verməlidir ki?
Y.Dəmirdaş guya Azərbaycanın Birinci vitse-prezidenti və Baş prokuroru ilə görüşdüyünü də iddia edir.
Əvvəla, hansısa aşağı səviyyəli, Azərbaycanda Binə və ya Sədərək ticarət mərkəzlərinin birində şərikli mağaza açan və şəriki ilə mübahisəsi düşən bir “iş adamının” ən yüksək səviyyədə qəbul edilməsi olduqca mübahisəli məsələdir; ikincisi, hər hansı anlaşılmazlıq və ədalətsizlik vardısa və ölkənin ən üst səviyyəsində qəbul olunmuşdusa, ona qarşı ehtimali haqsızlığın dərhal aradan qaldırılacağına kimsənin şübhəsi yoxdur; üçüncüsü, guya şərikinin arxasında “generallar” dururmuş – hansı “general” 21 min dollarla Türkiyədən mal gətirib satan şəxsə “arxa-dayaq” olmalıdır və hansı məntiqlə? Hansı “general” 42 min dollara görə Baş prokurorun nəzarətə götürdüyü məsələyə müdaxilə edə bilər?
Digəri, gənc olan isə Həzrət İşıqdır (Hazret İşık). O iddia edir ki, Tərtər Rayon Məhkəməsinə rüşvət verib, külli miqdarda, onun Tərtərdə övladları qalıb, onu vermirlər. Həm də Azərbaycanda 1 milyon dollarının əlindən alındığını iddia edir.
Deyəsən, Azərbaycana bir neçə dəfə səfər etdikləri üçün burda insanların pul haqda yanlış təsəvvürlərini mənimsəyiblər. Ancaq biz də Türkiyəyə tez-tez səfərlər edirik və orda iş adamlarının pul təsəvvürlərini yaxşı bilirik. Bir milyon dollar – bir iş adamı üçün olduqca böyük məbləğdir. Həzrət İşığın çəkisindən başqa heç bir “göstəricisi” bu varidata sahib olduğundan xəbər vermir. Sosial şəbəkə hesabında “Joker Futbol ve Teknoloji” adlı idman gündəmi haqqında yazan bir səhifəni iş yeri kimi qeyd edən Həzrət İşığın “iş adamı” kimi bir milyon dollar itirdiyinə kimsə inana bilərmi?
Üstəlik, o, pulunun deyil, “övladlarının” hayındadır. Bu isə bir ailə məsələsidir. Azərbaycan Həzrət İşıq adlı batmanlı (və deməli, türk olmadığı ehtimalı edilən) gəncin övladlarını niyə saxlamalıdır və bu uşaqlar Azərbaycanın nəyinə lazımdır? Kimə, hansı niyyətlə rüşvət verdiyini iddia edir?..
Bu iki şəxs dayanmadan Azərbaycan dövlətini, xalqını ən ağır ifadələrlə təhqir edirlər, hansısa şəxsi problemlərinə görə bütövlükdə dövlətimiz haqda dayanmadan, usanmadan sosial şəbəkə hesablarında diləalınmaz ifadələr işlədirlər: bütün dövlət strukturları, hətta dövlətimizin adı ən eybəcər ifadələrlə necə təhqir edilə bilər?
Öyrədildiklərinə, hansısa qrupun əlində alət olduqlarına dair şübhələri bir kənara qoyaq: fakt budur ki, bu iki şəxs qardaş xalqlar arasına nifaq toxumu səpmək üçün hər şey edirlər. Və min təəssüf ki, istəklərinə öz çaplarından daha geniş miqyasda nail də olurlar. Artıq minlərlə azərbaycanla bu paylaşımların altına şərhlər yazırlar və bu da qardaşlığımıza zərər verən bir tendensiyaya çevrilir.
Azərbaycan və Türkiyənin qardaşlığı, birliyi, Turan gələcəyi çoxlarının – elə Türkiyədə və Azərbaycanda yaşayan bəzi nankorların da gözünə ox, ürəyinə dağ olub və bunlar xalqlararası sevgiyə balta çalmaq üçün hərəkətə keçiblər.
İstanbul Baş Prokurorluğu, Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Ədliyyə Nazirliyi, Azərbaycan Baş Prokurorluğu, Azərbaycan XİN, İstanbuldakı Baş Konsulluğumuz və Türkiyə səfirliyimiz mütləq bu iki şəxslə bağlı lazımı ölçü götürülməsini təmin etməlidir.
Bu qurumların hamısına sorğu və videolar göndərilib!
VİDEO BURADA: https://ok.ru/video/6752871123702
VİDEO BURADA: https://ok.ru/video/6752873155318
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2023, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər