İran Zəngilandan Naxçıvana gedən yolu “Araz dəhlizi” adlandırdı - İLGİNC
II Qarabağ savaşı bitdikdən sonra Azərbaycan əsas hissədən Naxçıvana birbaşa əlaqəni yaratmaq üçün Ermənistandan dəhliz tələb edirdi. Bu proses günümüzə qədər davam etsə də, Prezidentin müşaviri Hikmət Hacıyevin son açıqlaması ilə gündəmdən düşdü.
Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Hikmət Hacıyev “Politico” jurnalına açıqlamasında bildirmişdi ki, Ermənistanın Zəngəzur Dəhlizinə imkan verməməsi və müxtəlif bəhanlərlə təklifi rədd etməsindən sonra Azərbaycan tərəfinin bu layihəyə marağı qalmayıb.
Bununla paralel İranla danışıqların başladığı məlum olmuşdu. Belə ki, Azərbaycan və İran arasında razılaşmaya əsasən Naxçıvana yol Zəngilan üzərindən Araz vasitəsi ilə İrana, oradan da Culfa və Ordubad rayonlarına çıxış olmalıdır. Artıq bununla əlaqədar Araz çayı üzərində körpülərin tikilməsinə start verilib. Dünən Prezident İlham Əliyev həmin körpünün tikilməsi üçün 14 milyon manat pul da ayırıb.
Qeyd edək ki, sözügedən marşrut üzrə Naxçıvana quru yol 33 km təşkil edəcək. Bundan başqa, sərhəddə sadələşdirilmiş gömrük sistemi qurulacaq.
JAMAZ.İNFO xəbər verir ki, İran Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxan dövlət idi. Hətta rəsmi Tehran heç bir dəhliz məntiqini qəbul etmədiyini, bunun İranın Qara dənizə çıxışlarını bağladığını, heç bir halda yolun açılmasına imkan verməyəcəyini bəyan edirdi. Maraqlıdır ki, hətta hərbi qüvvədən istifadə edə biləcəyini bəyan edən İran, dəhlizin açılmasını sərhədlərin dəyişdirilməsi kimi də qəbul etdiyini vurğulayırdı.
Lakin bu günlərdə məlum olub ki, bütün bunların heç biri nə siyasi, nə geosiyasi yanaşma ilə əlaqəsi yoxdur. İran Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxmasının tək bir səbəbi o imiş ki, həmin dəhliz məhz onun ərazisindən keçsin. Çünki Zəngəzur Dəhlizi İranı əsas proseslərdən, eyni zamanda böyük gəlirlərdən kənara qoyacaqdı. Əvəzində Ermənistan pul qazanıb, həm də kommunikasiya qovşağına çevriləcəkdi. Bunu isə İran heç bir şəkildə qəbul etmirdi və indi də etmir.
Bu gün isə məlum olub ki, Azərbaycanla Naxçıvanı birləşdirən yol İran tərəfindən dəhliz olaraq qəbul edilir. Belə ki, “İran” qəzeti son sayında dövlət başçısının son sərəncamını “Azərbaycan “Araz dəhlizi”nə pul ayırdı” başlığı ilə verilib. Qeyd edək ki, “İran” qəzeti SEPAH-ın birbaşa nəzarətində olan nəşrdir. Onlar özbaşına bir cümlə belə yazmaq səlahiyyətinə malik deyillər.
Beləliklə, İran Zəngəzur Dəhlizinə şiddətli şəkildə qarşı çıxmaqla, nə arzuladığını bu gün “İran” qəzetində açıq şəkildə ortaya qoyub. Onlar Naxçıvana gedən yolu isə “Araz dəhlizi” adlandırmaqla, bu marşrutun dəhliz olduğunu təsdiqləyiblər və qəbul ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2023, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər