“4 nəfərlik ailə üçün ən azı 2000 manat lazımdır” – Minimum əməkhaqqı nəyə çatacaq?
Azərbaycanın 2024-cü il dövlət büdcə layihəsində minimum əməkhaqqı artırılımayıb.
Yerli media yazır ki, gələn ilin büdcə layihəsində orta aylıq əməkhaqqı 980 manat, yaşayış minimumu 287 manat, əmək pensiyalarının ödəniş xərclərinin isə 10 faiz daha çox olması nəzərdə tutulub.
Bəs görəsən, 2024-cü ildə orta statistik Azərbaycan ailəsinin dolanması üçün minimum əməkhaqqı kifayət edəcəkmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu rəqəm 4 nəfərlik ailəyə kifayət etmir:
“Məsələyə ailə aspektindən yanaşsaq, ümumiyyətlə, minimum əməkhaqqı orta statistik azərbaycanlı ailəyə kifayət etmir.
Azərbaycan ailəsi orta hesabla 4 nəfərdən ibarətdir. Hökumətin özünün qəbul etdiyi ehtiyac meyarı gələn il 270 manat olacaq. Bu ən aşağı səviyyədir, 4 nəfərlik ailə aspektindən baxanda ailəyə 1080 manat gəlir gəlməlidir ki, ailə minimum səviyyədə öz həyat tərzini qura bilsin.
Amma müxtəlif hesablamalar onu göstərir ki, paytaxtda və yaxın ərazilərdə azərbaycanlıların aylıq xərcləri minimum 500 manat ətrafındadır. Bu o deməkdir ki, 4 nəfərlik ailə üçün ən azı 2000 manat gəlir lazımdır.
Əgər ailədə bir nəfər işləyirsə, digəri uşaqlara baxırsa, minimum əməkhaqqı ilə o ailəni dolandırması çox ciddi problemə çevrilir. Xüsusən gənc ailələrdə bu daha çətin olur. Bu ciddi məsələlərdən biridir”.
Ekspert hesab edir ki, hökumətin yüksək inflyasiya şəraitində minimum əməkhaqqını artırmaması bəzi qrupların yoxsullaşmasına səbəb ola bilər:
“Eyni zamanda, digər indikator aspektindən də müqayisə aparmaq olar, hökumətin əsas hədəflərindən biri ortamüddətli dövrdə minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60%-i səviyyəsinə çatdırılması istiqamətində idi. Amma gördüyümüz odur ki, hazırda müvafiq göstərici 35% ətrafındadır. Bu özü belə qeyd edilən indikatorun dəyişdirilməsi ilə bağlı çağırışın olması deməkdir.
Hazırda inflyasiya ikirəqəmlidir və bu ikirəqəmli indikatorlar mütləq 2024-cü ildə büdcədən, minimum standartlardan asılı olan sosial qrupların yoxsullaşma riski ilə üzləşməsinə gətirib çıxaracaq. Düşünürəm ki, hökumət bu istiqamətdə əhatəli sosial paketləri açıqlamalı və təsdiq etməlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-11-2023, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər