Bu da oldu: Naxçıvanda sosial yardım almaq istəyirsənsə mobil operatorlardan arayış gətir....
Naxçıvanda imkansız ailələrə verilən ünvanlı sosial yardımın şərtləri sərtləşdirilib. Bundan sonra dövlətdən yardım almaq istəyənlər həm də adlarına mobil telefon nömrəsi olmamasıyla bağlı Azərbaycandakı bütün mobil operatorlardan arayış gətirməlidir. Bu arayışı təqdim edə bilməyənlərin yardımla bağlı müraciətləri rədd ediləcək. Yeni qayda hələlik Sədərək rayonunda tətbiq olunur və bu arayış ucbatından bütün sosial müavinətlərin verilməsi dayandırılıb.
Yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, rayonda ünvanlı sosial yardımın verilməsi iki ay öncə dayandırılıb. Bu yaxınlarda isə, hamıya deyiblər ki, özünün, yaxud ailə üzvlərindən birinin adına mobil telefon nömrəsi olanlara yardımın verilməsi davam etdirilməyəcək. Rayon sakini Şahin Qurbanov deyir ki, üç aydır aldığı yardım kəsilib:
“Bu şərt o deməkdir ki, bundan sonra heç kimə yardım verilməyəcək. İndi hansı zəmanədir ki, kiminsə mobil nömrəsi olmasın? Fondsanteile dedilər ki, bütün mobil operatorlardan arayış gətirin ki, ailədə heç kimin adına mobil nömrə yoxdur. Əks təqdirdə yardımlar bərpa olunmayacaq. Əvvəl avtomobil, torpaq sahəsi olanlara sosial dövlət yardımı vermirdilər. İndi də adımıza mobil telefon nömrəsi olmasını bəhanə edirlər. Ailədə 5 nəfərik. Heç birimiz işləmirik. 3 aydır verdikləri sosial yardımı kəsiblər. Get-gələ saldılar. Yol polsi daxil bütün qurumlardan arayış aldım. Baxdılar ki, sosial yardım həqiqətən düşür. Mobil operatorlardan arayış gətirməyimi istədilər. Dövlət sosial yardımını dayandırıb, iş də tapa bilmirəm. İndi mən ailəmi necə dolandırım?”
Digər sakin R. Səfərov deyir ki, bu yaxınlarda rayona gələn nazrə şikayət etsələr də heç bir nəticəsi olmayıb:
“Ailəmiz 4 nəfərdən ibarətdir. Indiyə kimi 350 manat yardım alıb, birtəhər keçinirdik. İndi deyirlər ki, həm adına torpaq var, həm də mobil telefon nömrəsi. Bu səbəbdən sizə yardım düşmür. Nazrə dedik, heç əhəmiyyət də vermədi“.
(Teref.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:7-11-2023, 08:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər