reklam
Regionxeberlericom.az » Sosial » `Baku Electronics` müştərisini İNCİDİR... - AXI NİYƏ?

reklam

`Baku Electronics` müştərisini İNCİDİR... - AXI NİYƏ?

 

Şikayətim "Baku Electronics" şirkətindəndir.

1. 23.11.2022 tarixində Bakıxanov filialından LG 50QNED816QA.AMCN televizorunu “Qızıl Zəmanət”lə 1543.49 azn ödəyərək əldə etdim.

2. Bu ilin oktyabr ayında bütün rənglər qarışdığı üçün 16.10.2023 tarixində 143 qaynar xəttinə məlumat verdim. Məni əlaqə nömrəsi 991 “Baku Servis Kompani”yə yönləndirdilər.

3. Adını qeyd etdiyim servis xidməti 17.10.2023 tarixində evdən gəlib televizoru götürdü və şifahi olaraq “ekran yanıb” diaqnozunu qoydular. Lakin son qərarın mərkəzdə verildiyini deyərək akta “rənglər qarışıb” qeydini yazdılar.

4. Təmir müddəti uzandığı üçün əvəedici məhsul kimi mənə SMART OLMAYAN və 32”(!) ölçüdə Samsung televizoru gətirdilər. 50” ölçü smart TV yerinə, smart olmayan 32” nə qədər ədalətlidir, özünüz qərar verin. (O TV evimdə bircə dəfə qoşulmadı, çünki mən TV-ni youtube, netflix, playstation və s. məqsədlər üçün istifadə edirəm. Qəti olaraq TV kanallar izləmək üçün yox!)


5. Proses müddətində servislə əlaqə saxladım. Çünki “Qızıl Zəmanət”in şərtlərinə əsasən 14 iş günü ərzində təmiri mümkün olmazsa yenisi ilə təmin edilməliyəm. Servisdən mənə “30-45 günə gəlir ehtiyat” hissə cavabı verilir.

6. Mən səbirlə 14 iş gününün bitməsini gözləyirəm. Nəticədə servisin düzəldib bitirmədiyini öyrənirəm. Mənə bu barədə aktın verilməsini istəsəm də mağaza ilə əlaqə saxlayıb, orada ərizə yazmalı olduğumu dedilər. Həmçinin onlar məlumatı sırf mağazaya verdiklərini bildirdilər.

7. 31.10.2023 tarixində aldığım filiala yaxınlaşıb şikayətimi bildirdim. Mağaza işçiləri olduqca mehriban idilər. Ərizə formasını tam doldurdum. Mənə bildirdilər ki, 3 iş günü ərzində baxılacaq, “Qızıl Zəmanət”imin olduğu üçün ya yeni eyni model TV, ya da ödənişimi tam geri götürmək seçimimin olduğunu bildirdilər.

8. 1.11.2023 tarixində mənə 055 222 14 08 nömrəsindən zəng gəlir, maraqlanırlar, məsələnin bütün detallarını maraqlanırlar. Ən tez müddətdə kömək edəcəklərini dediklərində mənim “mən yarım aydır TV-sizəm, xahiş edirəm kömək edin” istəyim üzərinə maksimum sabah həll etməyə çalışacaqlarını deyirlər

9. Bu gün 07.11.2023 tarixində onlardan heç bir xəbər olmadığını görüncə mənə verilmiş şikayət mərkəzinin votsap nömrəsinə məsələni bir daha yazdım. Çünki telefondakı operatorlar şikayətlərlə məşğul olmadıqlarını, yalnız yönləndirdiklərini bildirdilər.

10. Adı çəkilən votsap nömrəsi isə mənə bu gün: “Servislə məsələni aydınlaşdırdıq, sizin məhsula detal sifariş olunub, tezliklə əlaqə saxlanılıb, nə zaman dəqiq təmir olunacağı barədə məlumat veriləcək. Bir az səbrli olmağınız xahiş olunur. Təşəkkür edirəm.” yazdı.

11. Mən malın 10-15%ini (dəqiq xatırlamıram) ekstradan ödəməmişəm ki, indi də gözləyim. Əks halda bu zəmanətin adi zəmanətdən fərqi nədir?

12. Baku Electronics mənim hüquqlarımı, müqavilə şərtlərini kobud surətdə pozub. Bunun bağlı artıq “İstehlakçı hüquqlarının müdafiəsi”nin qaynar xəttinə öz şikayətimi bildirmişəm. Mənə məşğul olacaqlarından əmin olmama inandırdılar.

13. Məsələnin sonunu gözləyək. Hər hansı yenilik olarsa bu postun rəy bölməsində olduğu kimi qeyd edəcəyəm. Mən bu işin başını buraxmayacağam və məhkəməsinə kimi hazıram.

Mənbə: "Şikayətim Var" Şikayətçi: İlkin

Təqdim etdi: DİA.AZ (Ərsoyun Blog'u)





Paylaş:


Müəllif : Tarix:
8-11-2023, 09:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər