AZƏRTAC-da NƏ BAŞ VERİR? - “Yeni rəhbərdən kütləvi narazılıqlar var”
JAMAZ.İNFO xəbər verir ki, Azərbaycaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) kütləvi narazılıqların olduğu deyilir. Bununla bağlı Agentliyin əməkdaşları şikayət edirlər.
“Agentlikdə çalışan əməkdaşlar olaraq şikayət edirik ki, yeni rəhbər Vüqar Əliyev dövlət agentliyində olduqca xoşəgəlməz vəziyyətlər yaradıb. İllərlə Agentlikdə çalşan peşəkar əməkdaşlar sıxışdırılır. Bu əməkdaşların işdən uzaqlaşdırlması üçün hər vasitədən istifadə etməklə bağlı ölçülər düşünülür. Artıq hər kəs yeni iş axtarışındadır. Agentliyin bəzi əməkdaşları isə Azərbaycan Respublikasının Prezident Adminstasiyasına və Birinci Vitse-prezidentə şikayət etməyi düşünür”, – deyə onlar bildiriblər.
Şikayətçilər deyirlər ki, Aslan Aslanovdan fərqli olaraq, Vüqar Əliyev idarəetməni bacarmır, yaradıcı qabiliyyəti isə ümumiyyətlə yoxdur:
“Onun indiyə qədər bir müəllif yazısı və Agentliyə sədr təyin olunanədək internet məkanında haqqında normal bir bioqrafiyası olmayıb. Onunla bağlı sərəncam veriləndə də media ciddi bir məlumata rast gəlmədi, çünki Vüqar Əliyev mediada heç vaxt ciddi bir imza kimi tanınmayıb, yaradıcı keyfiyyətləri agentlikdə çalışan istənilən şəxsdən qat-qat aşağı olub”.
“Vüqar Əliyevin dövründə agentlikdə peşəkarlıq da aşağı səviyyəyə düşüb, hətta prezidentin xəbərlərində bir neçə dəfə səhvlər olub və buna görə onu dəfələrlə iradlar bildirilib. Halbuki Aslan Aslanovun dövründə AZƏRTAC-da belə ciddi problemlər yox idi”, – deyə şikayət məktubunda qeyd olunur.
Bildirilir ki, Agentlikdə idarəetmə Vüqar Əliyevin dostu Elşən Şahbalayevə, kadr siyasəti isə Nigar Hüseynovaya həvalə edilib: “Hətta AZƏRTAC Nigar Hüseynovaya görə İspaniyada xüsusi müxbir üçün vakansiya elan etmir, çünki orada Nigar Hüseynovanın bacısı yaşayır və o agentliklə freelans əməkdaşlıq edir, buna görə isə 3-4 min avro maaş alır. Elşən Şahbalayev isə agentliyin “boz kardinal”ı kimi tanınır. Agentliyin bütün siyasi idarəetməsi, kursu onun tərəfindən müəyyənləşdirilir, məqsədi də idarə heyəti sədrinin müavini olmaqdır”.
“Bununla yanaşı, Vüqar Əliyev agentliyin əmlakını da özünün şəxsi əmlakı sayır, qurumun 10 AA 526 dövlət nömrə nişanlı avtomobilini şəxsi məqsədləri üçün istifadə edir. Həmçinin rus redaksiyasında çalışanlara və rusdilli insanlara üstünlük verir, onlara daha çox diqqət ayırır, Azərbaycandilli redaksiyanın əməkdaşlarınına sayğısızlıq nümayiş etdirir. Hətta vəziyyət o həddə çatıb ki, bir çox hallarda iclaslarda işçiləri: “Deyəsən, hamı çəkib gəlib”, – deyə aşağılayır, rəhbərə yaraşmayan ritorikadan istifadə edir”, – məlumatda bildirilir.
Qeyd olunur ki, o, özünün oturduğu 6-cı mərtəbədə və agentliyin -1 mərtəbəsində bütün kameraları yığışdırıb:
“Bunun hansı məqsədlə edildiyi agentliyin əməkdaşları tərəfindən bilinir. Bu müraciəti də ona görə yazırıq ki, Vüqar Əliyevin fəaliyyəti araşdırılsın, onun dövlət qurumunda yol verdiyi özbaşınalıqlara son qoyulsun. Ümid edirik ki, Cənab Prezident və Prezidentin Adminstrasiyası bu məsələyə ciddi reaksiya verəcək və bu nöqsanlar aradan qaldırılacaq, çünki AZƏRTAC dövlətimizin əsas və baş informasiya sütunlarından biridir”.
AZƏRTAC-dan şikayətlə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Təqdim etdi: DİA.AZ (Ərsoyun Blog'u)
Paylaş:
Müəllif : Yazar
Tarix:9-11-2023, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər