reklam
Regionxeberlericom.az » Sosial » "Narkoloji dispanserdə müalicə effektiv nəticə vermir" - Hüquqşünasdan İLGİNC RƏY

reklam

"Narkoloji dispanserdə müalicə effektiv nəticə vermir" - Hüquqşünasdan İLGİNC RƏY


Əvvəlki illərlə müqayisədə ölkəmizdə narkotik istifadəçilərinin sayı artıb. Demək olar ki, hər gün paytaxtda və rayonlarda onlar polis tərəfindən saxlanılır.

Bəziləri isə narkomanların həbsxanaya göndərilməsinin işə yaramadığını, onların narkoloji dispanserə göndərilməli olduğunu iddia edir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, ağrılı məqam narkotik istifadəçisinə müalicədən sonra nəzarət etmək kimi anlayışın ümumiyyətlə olmamasıdır. Belə ki, onlar müalicədən sonra dispanserdən çıxır və yenidən həmin bataqlığa qayıda bilirlər:

“Narkoloji dispanserdə müalicə effektiv nəticə vermir. Açığı, onları həbs etmək də gözlənilən nəticəni vermir. Bu, sırf psixoloji məsələdir. Adamı həbs edirlər, 2-3 il sonra çıxır və 1 həftəyə yenidən narkotikdən istifadəyə başlayır. Mənim özümün də belə işlərim olub, şəxsin azadlıq imkanları məhdudlaşdırıldı, amma o həmin müddətdə də narkotikdən istifadə edirdi. Bu psixoloji məqam, insanın zəifliyi məsələsidir. Onlar həbsdən çıxırlar, amma beyinlərində bir şey olur: keçmiş narkoman dostlarla əlaqəyə keçmək. Müalicə də effekt vermir, müalicə olunurlar, qanları təmizlənir, üstündən 7-8 gün keçir və hər şey yenidən başlayır”.

Vəkil narkomanların həbsinin tərəfdarı olduğunu qeyd edib:

“Onların həbs edilməsinin üstün cəhətləri var, mən bunun tərəfdarıyam, çünki narkomanın ağrısı gələndə o vəziyyətdən çıxmaq üçün hər cür cinayətə əl ata bilirlər. Onlar həmin vəziyyətdə quldurluq da, oğurluq da edə bilərlər. Bu gün belə halların faiz dərəcəsi aşağı düşüb, bu, narkomaniyaya qarşı mübarizənin nəticəsindədir.

Narkomaniya bir bəladır. Bu cəmiyyətə, dövlətə qarşı olan psixoloji silahdır. Yenə deyirəm, müalicənin effekt verdiyi şəxsə mən hələ rast gəlməmişəm. Onların düzəlməyinin iki yolu var: ya tamamilə cəmiyyətdən təcrid etməlisən, ya da işlə yormalısan. Bu iş fiziki iş olmalıdır ki, onlar yorulsun, səhərdən axşama kimi çalışsınlar və narkotik barədə düşünməyə vaxtları qalmasın. Bu formada onları cəmiyyətə bəlkə də qaytarmaq olar, lakin müalicə ilə məsələ çox çətindir”.




Paylaş:


Müəllif : Tarix:
13-11-2023, 17:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər