Həbsdən yeni çıxan İmran Ağayevə vəzifə verildi

Rüşvət ittihamı ilə məhkum edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.
Regionxeberlericom.az Unikal-a istinadən xəbər verir ki, o, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2023, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB