Bakının “qara bazar”ını kimlər yaşadır? - İLGİNC
Valyuta ilə bağlı xəbərlər cəmiyyətin xüsusi marağındadır.
Dollar, avro və digər xarici valyutaların manata qarşı məzənnəsi, alış-satış qiymətləri daim insanların diqqətindədir. Doğrudur, hazırda valyuta bazarında ciddi təhlükə hiss olunmur. Bunun səbəbi isə artıq uzun müddətdir ki, məzzənnənin sabit qalmasıdır. Amma hazırda xarici valyuta ekvivalenti olan əmanətlərin, şəxsi yığımların faizi milli valyutada olan depozitləri üstələyir. Bunu Azərbaycan Mərkəzi Bankının verdiyi rəsmi rəqəmlərdə də açıq şəkildə görmək mümkündür.
Məsələn, Mərkəzi Bankın cari ilin ilk 6 ayı üçün açıqladığı rəqəmlərə görə Azərbaycanda fiziki şəxslərin banklara yerləşdirdiyi əmanətlərin həcmi ilk rübdə 8 milyard 339,1 milyon manat olub ki, bunun 3 milyard 297,4 milyon manatı milli valyutada və 5 milyard 41,7 milyon manatı isə xarici valyutada yerləşdirilən əmanətlərdir. Valyuta əmanətlərinin çox olması və dövriyyədə olan xarici valyuta valyutadəyişmə məntəqlərinə olan tələbi artırır. Məlumdur ki, hazırda valyutadəyişmə məntəqələri demək olar yoxdur. Yalnız banklar fəaliyyət göstərir ki, onlardan da müəyyən hissəsi 7/24 fəaliyyət göstərir. Maraqlıdır ki, bununla yanaşı, “qara bazar” da fəaliyyət göstərir. Əgər “qara bazar” varsa, deməli, müraciət edənlər, qanunsuz valyuta mübadiləsinə maraq göstərənlər də az deyil.
Məsələn, metronun “28 May” stansiyası ətrafında günün istənilən zamanında “qara bazar” iştirakçılarına rast gəlmək mümkündür.
Maraqlıdır, əgər banklar fəaliyyət göstərirsə, bir sıra filiallar 7/24 iş rejimi ilə çalışırsa, “qara bazar”ın hələ də varlığını qoruması nə ilə əlaqədardır?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında “qara bazar”ın fəaliyyətini şərtləndirən amillərin varlığı ilə əlaqələndirib. N.Cəfərli hesab edir ki, dünyanın hər yerində bütün məsələlərdə tələb və təklif, müştərinin rahatlığı proseslərdə çox önəmli rol oynayır:
“Müştəri istənilən yerdə, günün istənilən saatında vəsaitini dəyişmək istəyir.
Valyuta mübadiləsi etmək üçün bir yerdən başqa bir yerə getməyə tənbəllik edir. Bu, dünyanın bir çox yerlərində, tək valyutadəyişmə yerlərində yox, bütün hallarda tələb və təklif qaydalarına, əsasən, qiymətin və ya xidmətin formalaşmasının şahidi oluruq. Məsələn, Avropada böyük marketlərdə qiymətlər ucuz və Bakıdan fərqli olaraq şəhərin kənarında olur. Amma məhəllə marketləri var ki, orada qiymətlər bahadır, amma evlərə yaxındır. Bir çox hallarda vətəndaşlar avtomobilə minib 30-40 kilometir gedib qayıtmaqdansa, bir qədər baha, amma yaxından bazarlıq edirlər. Bu da eyni sxemə bənzəyir. Valyutadəyişmə məntəqələri Bakıda demək olar ki, hər addımda var idi və o sahədə 4 min nəfərə yaxın insan işləyirdi. Bunu bağladılar, sonra açılması üçün çox ağır şərtlər tətbiq olundu. Hazırda kiçik bir valyutadəyişmə məntəqəsinin açılması üçün 130 mindən çox kapital qoyuluşu lazımdır. Bu da iş adamlarına sərf etmir. Ona görə də bu məntəqələr açılmır. Təbii ki, 24 saat işləyən banklar var, amma bu, bəlli yerlərdə xidmət göstərir. Çox zaman da bir yerdən başqa bir yerə getməkdənsə, alış-verişin, tələbatın gur olduğu məkanlarda “qara bazar” dəllallarının xidmətlərindən istifadə edirlər. Buna görə də bu problem hələ də həllini tapmayıb. Doğrudur, bir neçə il əvvəlki ajiotaj dövrünə nisbətən “qara bazar”ın həm dövriyyəsi, həm də həcmi azalıb. Amma hələ də var və “qara bazarın” varlığı insanların daha rahat xidmət almaq ehtiyacından doğur”.
N.Cəfərlinin sözlərinə görə, məzənnə fərqi ilə bağlı da müəyyən problemlər var:
“Bəzi banklarda alış-satış arasındakı fərq, əsasən də avroda yüksək olur. Amma “qara bazar” dəllalları daha sərfəli qiymət təklif edirlər. Bu da “qara bazar”ı insanlar üçün daha cəlbedici edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07