reklam
Regionxeberlericom.az » Sosial » İmişlidə əcaib-qəraib işlər... - İDDİA

reklam

İmişlidə əcaib-qəraib işlər... - İDDİA


“Relaks” qalmaqalı bir daha göstərdi ki, mənim yazdıqlarım tamamilə doğrudur. Azərbaycanda, xüsusilə İmişlidə oliqarxların gizli iqtisadiyyatı mövcuddur. Məmur-oliqarxlar, nəinki vergiyə, bələdiyyəyədə gəlirlərinin cüzi hissəsini qıymırlar. Məsələn, Saleh Səmədovun Bakıda da çox saylı villaları, market, restoranları, tikinti şirkəti var. İmişlidə isə , 20 ha istilikxanası, “Kral” şadlıq sarayı, “Kral” çay restoranlar şəbəkəsi, 20 metrliyində “Uşaq” baxçası, çörək sexi, spirt-sok zavodu, çox böyük Araz marketi, kolbasa sexi, mal-qara, donuz ferması, nohurarx kanalının üstündə 42 metr iki mərtəbəli restoran-çay evi və s. varıdır. İndi bu yazıq suvarma idarə rəisi Nizami Məmmədov kanalı necə təmizlətdirməlidir, cənab Əhməd Əhmədzadə? Kanalın üzərində şəhər mərkəzində 20-yə yaxın çayxana-marketlər var, təmizləmək üçün N.Məmmədova 20 min manat pul lazımdır. Bu az müddətdə yalnız Nazirlər kabinetinin regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri məktublarıma cavab olaraq 29 iyul 2019-cu il tarixli 13/2 – 143/1 nömrəli məktubun surətini səhiyyə Meliorasiya ASC və İmişli RİH-nə göndərdiyini yazır. Sonda Qanunun 14.08-ci maddəsini xatırladır ki, qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan məhkəməyə müraciət hüququna maliksiz. Təqdir edici haldır ki, şöbə müdiri 2-ci dəfədir ki, cavab göndərir. Baş nazirin özü nazir və komitə sədrlərinin, Agentlik rəhbərlərinin biganəliklərinin və hərəkətsizliklərinin (daha kəskin ifadə işlətmirəm) bildiyindən şikayətçiyə məhkəməyə müraciət etməyi xahiş edir.Bir həqiqət var ki, ölkədə məhkəmə sistemindən islahatlar başlamalıdır. Məhkəmələr oliqarxları-məmur-deputatları müdafiə edəcəyini baş nazir bilməmiş deyil. Məmurlar isə gəlib “araşdırıb” “hesabını” alıb gedir. Qaldı, İmişli RİH-nə, keçmiş başçılar, İmişlini bir neçə nəfər gecə məktəbini “oxumuş” indi isə nə üzrəsə “fəlsəfə doktorlarına” satıb yağmalatdırıblar ki, Allah eləməmiş Sovet höküməti gəbərib gəlsə də bir yetmiş il lazımdır ki, İmişli bu, “fəlsəfə dostlarından” azad olsun. Uşaq vaxtı pivəxanalarda noxud, Bakı-İrəvan qatarında şomma, yemiş satanların bütün sənədləri, kadastr və s varlarıdır, arxalarında isə krişaları böyükdür ki, dillənəni gedər-gəlməzə göndərə bilərlər, uşaqlıq dövrlərindəki əziyyətlərinə görə milləti milçək, qurbağa qədər saymır, qurbağadan iyrənən kimi, iyrənirlər.

Qaldı vergilər nazirliyinə, bu zatlar qeyri-rəsmi ödənişlər edib, vergi məmurunun cibinə 1000-1500 pul basırlar, dövlət isə uduzur. Məsələn 8 saylı ərazi vergilər idarəsinin Cahət adlı işçisi Saleh Səmədovun askiz markasız arağını tutmuşdu, bu S.Səmədov isə Cahəti işdən qovdurmuşdu. “Relaks” hadisəsi təzədir, Cahət bəyin qovulması 4-5 il əvvəl olub.
İmişli ərazisi də daxil olmaqla, 8 saylı vergilər ərazi idarəsində kadr dəyişikləri oldu. Fərqlənmə diplomlu, Elçin Kazımovu yeni rəislə əvəzlədilər, əgər gəzən söz-söhbətlər və şaiələr düz olsa və təsdiqini tapsa vergilər nazirliyi ərizə və şikayətlər “atəşinə” tutular. 8 saylı ərazi vergilər idarəsinin təzə rəisi Zaur Adilovdan 2 dəfə məktub almışıq 16 avqust 2019-cu il N1908020169850300 saylı məktubu (29.08.2019-da aldım) ilə göstərmək istəyir ki, “Elçin şadlıq saray sahibi imam övladıdır. Əvvəlki rəis, E.Kazımovun atasına rəhmət oxutdurur, işlədiyi bir aydır ki, sonuncu məktubu gəzən şaiələrin doğru olduğunu göstərir. Bəs Saleh Səmədovdan heç bəhs etmirsən yoldaş Adilov. Haqq hesabmı çox olub.
İmişlidən deputat mandatı Əsabil Qasımova verilib. Onun müdafiə edən krışalıq etdikləri bir həngamə çıxarırdılar ki, gəl görəsən. 14 hektar MRX-nın qarşısındakı parkı dədə-malı kimi sotunu 3 min manatdan satan (əvvəlki yazılarımda izah etmişəm) 611 çox illik şam ağaclarını gecə ilə kəsdirən, parkı hasarlatdıran Aslan Manafov, tiknti kralı 20 hektar örüş sahəsinin yulğun ağaclarını kötüyündən çıxartdırıb bazar tikdirən Yasəf Hüseynov, tikinti kralları Yusif və Fərhad Ağayev qardaşları və biganələri bir yerdə durmurdular, nəticədə toxunulmazlıq qazandılar, əhali isə bunların canfəşanlığına görə Ə.Qasımova səs verməsə də, qutudan saxtakar müəllim, həkimlər Ə.Qasımovu çıxartdılar. Ə.Qasımov KİV-lərə müsahibə verdi ki, “bizneslə məşğul olmuram”. Amma, Essentukidə 35 milyonluq xərc çəkib “istoçnik” sanatoriyası 400 nəfərlik yeri olan obyektin açılışında stavrapol diyarının qubernatoru Vladimir Vladimirov, səfirimiz P.Bülbüloğlu iqtisadiyyat nazirimizin müavini sahib Məmmədov və iş adamı Əsabil Qasımov iştirak edib- yazdı KİV-lər. Layihənin sərmayəçisi tanınmış iş adamı Ə.Qasımov Milli Məclisin deputatıdır-yazıldı, statın sonu. İmişlini artıq Ə.Qasımov unudub, biznesi ilə məşğuldur. Vergi məmurlarından soruşanda ki, Ə.Qasımov, S.Səmədov, Aslan Manafov, Yasəf Hüseynov nə qədər vergi ödəyir, deyirlər ki, bu vergi sirridir. Dünyanın heç bir ölkəsində vergi “sirri” yoxdur.

Ekologiya nazirliyi İmişli məhkəməsində Saleh Səmədova “uduzub” çünki, S.Səmədov məhkəmə sədri Q.Hacıyevlə dost-qardaşdır. Oliqarxlar ölkəni sonu görünməyən uçuruma sürükləyir. Artıq Rusiya oliqarx sistemindən qurtulmağa hazırlaşır. Yoxlasan bu zatların çoxunun təfəkkürü XVIII-əsr təfəkkürüdür.

Özündən yuxarıya “bəçeşm”əyilmək, özündən aşağıya isə yal yeyən it yerində saymaqla ləzzət alırlar, uşaqlıq illərinin heyifini çıxırlar. Bu xalqın əsl bəlası bir qrup korrupsioner, gizli iqtisadiyyat sahibləri, monopolist, rüşvətxorlardan şəhvət düşkünlərindən gəlir.
Yazmışdım ki, Araz çayı boyunca 45 qum-çınqıl karxanası var, çayın məcrasını dəyişiblər. Karxanaların fəaliyyət göstərməsi üçün Hidroqovşaq rəisi Mirqoca Mirişovun imzası var ki, şah kimi yaşayır, 30 ilə yaxındır ki, rəisdir. Şəhər üzrə 5 qum karxanasının heç biri Bələdiyyəyə qəpik də ödəməyib, yəqin ki, vergiyə qəpik quruş ödəyirlər. Səhiyyə nazirinin təzə təyin etdiyi baş həkim Eynulla Qasımov, tənqid etdiyim Ə.Qasımovun əmisi oğlu S.Səmədovun bibisi oğlu nə cavab verəsidi ki?

Ötən il 09.IX.2019-cu il tarixdə xəstəliyimlə əlaqədar qardaşımla E.Qasımovun qəbuluna getdim. Həm qonşu kimi həm baş həkim kimi, böyük səhv etdim. Təzə təyin etdiyi müavin Elnur həkim yanında idi. Hiss etdim ki, Eynulla həkim bacarıqsızdır, Elnurdan soruşdu hətta möhür vurmağı soruşdu. Elnur otaqdan çıxdı. Epikrizlərimi Eynullaya göstərdim, dalaqda problemin var dedi. Bildirdi ki, səni Saleh Səmədov tutdurmayıb. Sual verdim ki, onda başçı tutdurub? Dedi: “Bilmirəm amma Saleh tutdurmayıb” İzah etdim ki, həbs olunandan sonra bu qardaşım Salehin üstünə gedib. Saleh deyib ki: “Məhbub bəyi başçı Vilyam Hacıyev, müavin Səfa Ağayev və bələdiyyə sədri Mehman İsmayılovun acığına tutdurdum ki, indi siz qurtarın, onu onlar öyrədiblər. Get Səfa Ağayevin üzünə söy, gəl həmişə pulunu apar” – deyib. Qardaşım Mirzalı ona: “Mənə sənin pulun yox, qardaşımın azadlığı lazımdır. Məhbubu bu günə qədər öyrədən anasından olmayıb” -deyib oradan S.Ağayevin üstünə gedib və deyib ki: “məni başçı ilə görüşdür”. O da stolun üstünə pul qoyanda Mirzalı otağı tərk edib. Ay Eynulla həkim! Mənim tutulma sifarişimi Salehin dostları F.Mustafa, Ç.Qənizadə, Ə.Qasımov və Kurator veriblər. Başçı ona görə də müdaxilə etməyib – dedim. Eynulla həkim katibəsindən nevropatoloq Zamin həkimin telefon nömrəsini soruşdu. Bildirdim ki, dəli deyiləm. Onda müavini Elnurun telefonuna zəng etdi. Getdim. Mənə antibiotik “Espa” bir də vitaminlər yazdı. Mənim vəziyyətimi daha da ağırlaşdırdılar. Yalnız 3 aydan sonra Sərdar Cəlaloğlu, Həsrət həkimin verdiyi məsləhətlə sağ qaldım. İmişli həkimlərini üstümə gətirsələrdə qəbul etmədim. 8 ay xəstə yatdım, həyətdən bayıra çıxmadım. İndi Səhiyyə nazirindən 2-ci dəfə soruşuram: Cəsur Paşayevi, keçmiş baş həkim, qırmızı diplomlu gənc kadr, səmimi insan, Qarabağ müharibəsi iştirakçısını niyə çıxarıb, yerinə 64 yaşlı oliqarxların əziz-xələfini təyin etdiniz? Yəni Sizə müraciət etməklə, səhv etməmişəm, Sizi məhkəməyə də verə bilərəm, hərçənd baş nazir belə məsləhət verib. Eləcə də ötən il FHN cavab yazdı ki, Sizə eyni məzmunlu məktublara görə cavab verilib. Yəni bizi narahat etməyin. Nazir K.Heydərovla bildiyimə görə Saleh Səmədov çox yaxındırlar. Ədliyyə naziri də, məhkəmə sədri Qurban Hacıyevin “xatirinə” cavab vermir. Hörmətli baş nazirimizdən soruşuram: Mən bu nazirləri məhkəməyə verib, gedib 5 il həbsdə yatımmı? Elə ona görə ötən il cənab Prezidentə yazdım ki, “Məni Siz qovun” və xəstə düşdüm. Təzə baş həkim də vəziyyətimi ağırlaşdırdı, qohum əqrabası bayram etdi ki: “Ölür”. Bayramlarını Tanrı pozdu. Ölmədim. Birinci məktubumda izah etdim. Bombaçı Şaban …… kimi qayıdıram.
Respublika baş prokuroruna cəmi bir dəfə müraciət etmişəm, operativ cavabı müraciətlərə baxılması idarə rəis müavini, II dərəcəli hüquqşunas Toğrul Əhmədov, surəti səhiyyə, Vergilər, ekologiya nazirlərinin aparatına və “Azərişıq” Səhmdar Cəmiyyətinə və mənə göndərilib, xahiş edib ki, müraciət müəllifinə məlumat verilməsi xahiş olunur. Təhmədovdan mən xahiş edirəm: Keçmiş Bələdiyyə sədri Fərman Vəliyev və Regional Ekologiya rəisi N.Bəşirova cinayət işi açılsın. //sozcu.az//


Paylaş:


Müəllif : Tarix:
4-09-2019, 11:49
Sikayət   


loading...
Загрузка...