reklam
Regionxeberlericom.az » Sosial » Zamirə Dadaşova yenidən “Space”ə qaytarılmalıdır - Məhkəmə qərarı

reklam

Zamirə Dadaşova yenidən “Space”ə qaytarılmalıdır - Məhkəmə qərarı


“Space” TV-nin vəzifəsindən azad olunan aparıcısı Zamirə Dadaşova telekanaldakı işinə bərpa olunmalıdır.   

Bununla bağlı Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Z. Dadaşovanın vəkili Sadiq Rəsulov müvəkkilinin işə bərpa edilməsi və işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsini tələb edib.

İddia tam təmin edilib.

Bundan əvvəl isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Space” telekanalının prezidenti Vado Korovini 1700 manat cərimə edib. V. Korovin qərardan şikayət versə də, məhkəmə təmin etməyib. Məhkəmə belə qənaətə gəlib ki, Z.Dadaşova ilə bağlanmış əmək müqaviləsində iş saatları düzgün müəyyən edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Z. Dadaşova “Space” TV-nin rəhbəri Vado Korovindən şikayətçi olmuşdu. O, telekanalda hökm sürən özbaşınalıqlar haqda feysbuk hesabında yazmışdı.     




Paylaş:


Müəllif : Tarix:
17-11-2023, 10:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər