reklam
Regionxeberlericom.az » Sosial » Sabir Rüstəmxanlı GİLEYLƏNDİ və... - BU DA NƏTİCƏ...

reklam

Sabir Rüstəmxanlı GİLEYLƏNDİ və... - BU DA NƏTİCƏ...


Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) VİP salonlarında xidmət göstərilməsi qaydası dəyişib.

Xəbərə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edib.

Beləliklə, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edəcəklər.

İndiyə qədər Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə ediblər.

Başqa sözlə, bu sahədə Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əvəzləyəcək.




Paylaş:


Müəllif : Tarix:
20-11-2023, 16:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər