reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır - DETALLAR

reklam

Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır - DETALLAR


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi fəaliyyətə başlayacaq.

Bundan sonra dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.

Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən Dizayn Sərgisində bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli və kadr sayının daha da artırılması zərurətindən yaranıb:

“Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü illərdə mühit dizaynı ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə “mühit dizaynı” ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Yeni fakültənin yaradılması dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır. Dizayn ixtisasına tələbat getdikcə artacaq, heç bir süni intellekt onu əvəz edə bilməyəcək".

O qeyd edib ki, ölkədə dizayn ixtisasının inkişafında 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması olub: "Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti olub".




Paylaş:


Müəllif : Tarix:
20-11-2023, 16:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər