reklam
Regionxeberlericom.az » Sosial » Qayınatasını söyən şəxsi bıçaqladı, məhkəmə zalında həbs edildi

reklam

Qayınatasını söyən şəxsi bıçaqladı, məhkəmə zalında həbs edildi


Ali Məhkəmədə qəsdən sağlamlığa zərər vurmada ittiham olunan Əli Qafarovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Əli Qafarovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilib və o, məhkəmə iclası zalından həbs edilib. Bakı Apellyasiya Məhkəməsi Əli Qafarovun apellyasiya şikayətini təmin etməyib. Daha sonra təqsirləndirilən şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

İttihama görə, hadisə 2022-ci il martın 31-də, saat 22 radələrində paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığındakı “Mayak” adlanmaqla yaşayış massivində yerləşən evin birinin qarşısında qeydə alınıb.

Belə ki, Əli Qafarovun qayınatası Gəray Əliyevlə (şərti) zərərçəkmiş Məhəmməd Vəliyev (şərti) mübahisə edib. Sonra zərərçəkmiş Gəraya qarşı zor tətbiq edib, onu söyüb. Daha sonra Əli mətbəx bıçağı ilə Məhəmmədin sağ ayağının bud nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirib.

Qeyd: Əli Qafarov 2019-cu ildə xuliqanlıq törətdiyinə görə həbs edilib və məhkumluq həyatı yaşayıb.




Paylaş:


Müəllif : Tarix:
23-11-2023, 12:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər