reklam
Regionxeberlericom.az » Sosial » Bu gedişlə kənddə bir nəfər də qalmayacaq... - Başçının NƏZƏRİNƏ...

reklam

Bu gedişlə kənddə bir nəfər də qalmayacaq... - Başçının NƏZƏRİNƏ...


Göygölün Dozular kəndinin sakinləri 30 ildir qaz, yol üzünə həsrət qalıblar. Sakinlər bildirirlər ki, bu gedişlə kənddə bir nəfər də qalmayacaq.


Hər kəs köçüb getməyə çalışır. Onları bu vəziyyətə şəraitsizlik məcbur edir. Kənd sakini Hüsaməddin Səbzəliyev söyləyir ki, kimə şikayət etsələr də, məsələyə baxan yoxdur.


Kənd sakinləri bildirirlər ki, sanki dövlət kəndi dağıtmağa çalışır. Kənddə yaşayanlar həmçinin yol problemindən əziyyət çəkdiklərini söyləyiblər. Kənd sakinləri hələ də ümidlidirlər ki, gec-tez kəndə qaz, yol çəkiləcək. Amma bunun daha tez olmasını istəyirlər. Çünki hər il kənd sakinlərinin sayı azalmaqdadır. Xüsusən də gənclər kəndi tərk edirlər.

Azəriqaz İB-dən bildirilib ki, həmin ərazinin 95 faizi qazlaşdırılıb. Dozulara isə hələ növbə çatmayıb.


Mənbə: MeydanTV




Paylaş:


Müəllif : Tarix:
30-11-2023, 08:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər