reklam
Regionxeberlericom.az » Sosial » `Azəriqaz` vətəndaşın başına oyun açır... - GİLEY

reklam

`Azəriqaz` vətəndaşın başına oyun açır... - GİLEY


Əsli- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Surətləri- Azərbaycan Respublikasının 1-ci vitse-prezident xanım Mehriban Əliyevaya,

Azərbaycan Respublikasının Baş nazir cənab Əli Əsədova,

Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazova,

Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova,

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə,

Azərbaycan Respublikasının Ombudsman Aparatını sədri xanım S.Əliyevaya,

SOCAR vitse-prezidenti cənab Rövşən Nəcəfə,

Azəriqaz» ASC-nin idarə Heyətinin sədri cənab Ruslan Əliyevə,

AR Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinə,

Sabunçu Rayon Qaz İstismar İdarəsi rəisinə, KİV rəhbərlərinə,

İfadetv.com İnformasiya Agentliyinin rəhbərliyinə,

Sabunçu rayonun Yeni Ramana qəsəbəsi, Mərkəzi küçə, keçid 20, ev 22 ünvanda yaşayan Məmmədova Mətanət Məmməd qızı tərəfindən

“Adıma olan bir qaz sayğacına iki abonent kodu açaraq əsassız olaraq əlavə borc yazıb mənimsəyən “Azəriqaz” QSC işçiləri və rəhbərlərinin qanunazidd hərəkətləri ” barədə

Ş İ K A Y Ə T

Çoxhörmətli Prezident cənab İlham Əliyev və xanım Mehriban Əliyeva,

İlk öncə yenə xatırlatmaq istəyirəm ki, hazırda yaşadığım oğlumun yeni evində təbii qaz təchizatı 1 il 2 aydır ki, təmin olunurdu.Lakin son 8 ay ərzində 3-cü dəfədir ki, Sabunçu rayon Qaz istismar İdarəsi nəzarətçisi olan bir yaşlı qadın tərəfindən əsassız olaraq, xəbərdarlıq edilmədən kəsilir. Mənim aidiyyatı orqanlara göndərdiyim 31 oktyabr və təkrar olaraq 21 noyabr 2023-cü il tarixli şikayətlərimdən sonar “Azəriqaz” QSC əməkdaşları noyabrın 23-də evimizə gəlmiş, istismar etdiyimiz cihazlara baxış keçirilmişdir. Məlum olmuşdur ki, Mənim adıma qoyulmuş ZENNER markalı, G4-T tipli, 21110534699 n-li 2021-ci il istehsalı olan qaz sayğacına ikinci kod da əsassız olaraq açılmışdır ( Abonent kodu: 100421400000053) Lakin biz həmişə qaz nəzarətçisi tərəfindən qaz sayğacındakı göstəriciyiə uyğun çıxarılmış və təqdim edilmiş bildiriş qəbzlərinə əsasən Abonent kodu 101217321500077 olan sənəd üzrə borclarımızı tam ödəmişik. İndi bizdən tələb olunur ki, rəsmi bildiriş təqdim edilməyən 100421400000053 n-li kod üzrə yaranmış 243 manat borcu da biz ödəyək. ( bu noyabrın 23-nə olan borc idi.) budur, bu gün bu borc 95 manat da artmışdır. Axı son 7 gündə kombi aparatı işləmədiyi halda tək bir 3 gözlü qaz sobası ilə 2 nəfərlik ailə üzvü bu qədər qazı necə işlədə bilər? Ailənin iki üzvü də səhər saat 8-dən evdən çıxıb işə gedir və axşam da eynui vaxtda evə qayıdırlar. Qaz sobasında səhər və axşam çay qaynadılır və axşam yemək bişirilir. Niyə bu nasaz sayğac 6 günə 95 manat yazır? Bu suala təcili aydınlıq gətirilməlidir.

Xatırladım ki, mənim adıma olan 21110534699 n-li qaz sayğacı 2023-cü ilin iyun ayında qoyulmuşdur. O zaman evdə kimsə yaşamayırdı. Buna baxmayaraq 3 həftədən sonar 84 manat borcumuzun olması barədə qəbz daxil oldu və 3 gün vaxt verildi ki, ödəniş olmasa qazın təchizatı dayandırlacaq. Biz o zamn da şikayət etdik. Necə etdilərsə həmin yazdıqları əsassız borcu sildilər. Şükür etdik. İndi yenə qaz dələduzları başqa formada bizi məcbur edirlər ki. Adınıza olan bir sayğac üzrə açılmış 2-ci abonent koduna ( 100421400000053-) ə də yazılan borcu ödəyəsiniz. Bu məsləyə görə hər gün savadsız qaz işçiləri bizi narahat edib yazdığımız şikayəti yüz yerə yozmağa çalışırlar. Amma faktlar- sayğac n-si, qəbzlər, açılan iki kod və tam yarasız sayğac ortalıqdadır.

Son 1 aydır ki, “Azəriqaz” QSC işçiləri hələ də bizə rəsmi cavab vermirlıər. Qeyd edirlər ki, məsələ araşdırmaya göndərilir və sizə rəsmi cavab veriləcək. Nə vaxt?, saat neçədə? Bu hələ bilinmir.

Cənab Prezident! Sizdən xahiş edirik ki, bu gün iqtisadi durumu bizim kimi ağır olan, cəmi 150 manat müavinətin ümidinə qalan bizim kimi sadə vətəndaşların formalaşdırdıqları müxtəlif dələduzluq variantlarını tətbiq etməklə cibimizə soxulan və bu yaramaz hərəkətlərilə insanları dövlətdən narazı salaraq təxribat törərədən ünsürlər barəsində lazımi tədbirlərin görülməsinə göstəriş verəsiniz.

“Azəriqaz” QSC rəhbəri cənab Ruslan Əliyevdən xahiş edirəm ki, təcili olaraq evdə olmayanda da d a borc yazan saxta mexaniki qaz sayğacını smart kart tipli sayğacla dəyişdirilməsinə göstəriş verəsiniz. Adıma mənim də xəbərim olmadan açılan ikinci saxta abonent kodunun və bu koda yazılan borcun silinməsini də daha savadlı və daha peşəkar kadrlara tapşırasınız.

Cənab Baş prokuror Kamran Əliyevdən də xahişim budur ki, mənim kimi abonentlərin adına özümüzün də xəbəri olmadan ikinci saxta kod açaraq borc yazan “Azəriqaz” QSC əməkdaşları barəsində araşdırmalar aparılmasına və dövlət əmlakını bu yollarla vətəndaşların hesabına mənimsəyən şəxslərin kimlikləri müəyyənləşərək onlara göstəriş verən rəhbərləri məsuliyyətə cəlb edilsin. Əvvəlcədən təşəkkürlər.

Qoşma: Borcun olmaması barədə sənəd, qaz sayğacının fotosu,təqdim edilmiş kod üzrə verilən qəbzlər.

Hörmətlə, onkoloji xəstə, əlil Mətanət Məmmədova

Əlaqə üçün: 0707111289, 051 3700075.

Tarix: 29 noyabr 2023-cü il











Paylaş:


Müəllif : Tarix:
30-11-2023, 09:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər