Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."
AMEA-nın Ümumi yığıncağında Elm və təhsil naziri Emin Əmrullayev əsl dövlətçilik mövqeyindən çıxış edərək AMEA prezidenti, instirut direktoru, deputat və digər vəzifələri tutan, qalaq-qalaq kitab müəllifi akademik İsa Həbibbəylinin üzünə deyib ki, elmlə vəzifə bir araya sığmır, yəni bir neçə vəzifə daşıya-daşıya elmlə məşğul olmağa iddia etmək absurddur, yalandır və həyalı olmaq anlamına gəlmir. Nəzərə alsaq ki, Həbibbəyli uzun müddət fasiləsiz vəzifələrlə məşğul olur, onda onun gerçək elmlə məşğul olmasına hansı sadəlövh inanar?!
(Qeyd: “Nayomnik” məqamında olan və özlərini alim adlandıran quşəppəyi lotularının xidmətindən faydalanaraq haram pulla nəverim kitablar yazdırıb adlarına həkk etdirən cəmiyyət gəmiriciləri azdırmı?!).
Qayıdaq Elm və təhsil nazirinin akademikə eyhamına. E.Əmrullayayev qorxmadan açıq və net şəkildə deyib: “Yaxşı bir alimə vəzifə, hansısa siyasi status verəndə onun elmlə məşğul olmağa vaxtı olmur. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Maliyyələşmə istiqamətində islahatlar aparılmalıdır. İslahat dedikdə büdcəni iki dəfə artırmaq başa düşülməməlidir".
Xatırladım ki, özünün və yaxınlarının laübalı və israfyönlü həyatını təmin edən AMEA prezidenti İsa Həbibbəyli rüşvət və əyri yollara baş vuraraq qaz vurub qazan doldurmağı bacarmayan alimə nifrət edir. Əksinə, 500-1000 manat maaş ala-ala, rüşvətə, korrupsiyaya qurşananları, ən yaxşı halda saxta kitab istehsal edib dövlətdən pul mənimsəyənləri, saxtakarlıqla iç-içə girmiş doktorant, dissetrtant "biznesi"ni genişləndirənləri, müxtəlif vasitələrə əl atmaqla xaqlın qanı ilə suvanmış mülklərə, pullara malik olanları, dövlətə, xalqa və rəhbərə xəyanət yolunu tutanları, təəssüf ki, əşəddü-məhəbbətlə dəstəkləyir, qeydlərinə qalır. Budur, ölkəni nura həsrət qoyan zülmətsevərlik!
Nə qədər ki, belələri meydan sulayır, ölkənin dirçəlməsi mümkün deyil.
PS. Vətən övladlarının haqqını yeyən, qanını içən, hətta dərman pulunu mənimsəyən, vəhşilik yolu ilə pul “qazanmağı” norma sayan vicdansızlar heç vaxt bağışlanıla bilməz.
Nəsibləri Allahın lənəti, qanunların sərt üzü olsun!
Müəllif: İdris Abbasov, dilçi alim
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2023, 09:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər