reklam
Regionxeberlericom.az » Sosial » Rüşvət alarkən tutulan şöbə müdirinə hökm oxundu

reklam

Rüşvət alarkən tutulan şöbə müdirinə hökm oxundu


Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Nəsrəddin Nuriyevin məhkəməsi başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə N.Nuriyev Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona 2 il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, N.Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanmışdı. İstintaq müddətində o, ev dustaqlığında saxlanmışdı. Əməliyyatdan sonra N.Nuriyev tutduğu vəzifədən azad edilib.




Paylaş:


Müəllif : Tarix:
11-12-2023, 13:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər