“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
Azərbaycanın bank sektorunda müşahidə olunan bəzi tendensiyalar müstəqil ekspertlər tərəfindən növbəti böhranın əlamətləri kimi qiymətləndirilir. Bu tendensiyalardan birincisi, banklarda izafi likvid vəsaitlərin həcminin getdikcə artması fonunda biznes kreditlərinin azalmasıdır.
regionxeberlericom.az biznes portalı "Yeni Müsavat"a istinadən ekspertin fikirlərini təqdim edir.
Biznes kreditləşməsi tənəzzüldə
Kredit Müraciəti
Bu barədə ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə danışan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkə iqtisadiyyatında faiz dərəcələrinin aşağı düşməsi müşahidə olunur: “Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər – 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər. Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.
Problemli kreditlər azalmır
Bank sistemində böhran əlaməti hesab edilən digər məsələ problemli kreditlərin azalma sürətinin kifayət qədər aşağı olmasıdır. Mərkəzi Bankın hesablamalarına görə, bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,1faiz çoxdur. Lakin ilin əvvəlinə nisbətən problemli kreditlər 6,2 faiz, son bir ildə isə 16,5 faiz azalıb.
İyulun sonuna bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9 faiz olub.
Manatla olan pul kütləsinin artmasını Hesablama Palatası da qeyd edib. Palatanın ilin birinci yarısında dövlət büdcəsinin icrasına dair məlumatında qeyd olunur ki, bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır: “Belə ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi məqsədilə reallaşdırılan depozit hərraclarında orta gəlirliliyin mütəmadi aşağı düşməsinə baxmayaraq, tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir (5-6 dəfə). Daxili valyuta bazarında dollar profisiti olduğu halda, izafi pul kütləsinin sterilizasiyasının həyata keçirilməsi inflyasiya səviyyəsinin qorunması məqsədinə xidmət etməsi ilə izah oluna bilər”.
Real sektor canlanmasa, kredit aktivliyi artmayacaq
Qeyd olunan tendensiyalar bank sistemində yeni böhranın başlanmasına səbəb ola, yaxud bunun əlaməti sayıla bilərmi? Belə böhran yaranarsa, hansı addımlar atılmalıdır?
Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, banklarda izafi likvidliyin olduğunu söyləmək çətindir: “Problemli kreditlərin həcminin yüksək olaraq qalması banklarda vəziyyətin məqbul olmadığını göstərir. Əslində bu gün bankların böhrandan tamamən çıxdığını söyləmək də mümkün deyil. Fiziki şəxslərin problemli kreditlərinin həllində dövlət dəstəyi veriləndən sonra bank sistemi bir qədər sabitlik əldə edib. Obrazlı şəkildə desək, süni nəfəs aparatından ayrılıblar, lakin bütövlükdə bank sistemi reanimasiya vəziyyətindədir. Çünki ölkədə fəaliyyət göstərən 30 bankın yarıdan çox hissəsi deyərdim ki, yenə də ağır durumdadır. Onların hər an bazardan çıxmaq təhlükəsi mövcuddur. Sadəcə, bu gün hansısa bir bankın bazardan çıxması nə bank sistemi, nə də maliyyə sektoru üçün arzuolunan hal deyil, ona görə də qarşısı alınır”.
Ekspert bildirir ki, hazırda bankların çoxu əsl bank fəaliyyətini tam yerinə yetirmir: “Bankların öz likvid vəsaitlərini səmərəli yerləşdirib gəlir əldə etmək imkanları yoxdur. Fiziki şəxslərin kreditləri ilə bağlı fərmandan sonra yenidən ölkədə istehlak krfeditləşməsinin həcmində kəskin artım müşahidə olunmaqdadır. Bu, 2014-cü il ərəfəsindəki vəziyyəti xatırladır. İstehlak kreditləşməsinin yüksək olması problemli kreditləri artıran səbəblərdən biridir. Biznes kreditləşməsi isə getdikcə azalır. Bunun da əsas səbəblərindən biri kredit almaq istəyən biznes subyektlərinin az olmasıdır. Baxmayaraq ki, ölkədə sahibkarlığın inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilsə də, biznes kreditləşməsi ilə bağlı vəziyyət ürəkaçan deyil. Real sektorda risk çox böyükdür deyə banklar da orada uzunmüddətli kreditləşmədən qaçırlar. Belə vəziyyət davam etdiyi müddətdə bank sisteminin tam sağlamlaşması çətin olacaq. Buna görə də hesab edirəm ki, bank sisteminin böhrandan tam çıxması üçün iqtisadiyyatın real sektorunda islahatlar dərinləşdirilməli, sahibkarlığın inkişafı üçün kompleks addımlar atılmalıdır. Real sektorun aktivləşməsi başlanan kimi bank sistemində də canlanma sürətlənəcək. Əks təqdirdə, bank sisteminin özünə gəlməsi uzun müddət tələb edəcək”.
Bank sahəsi üzrə mütəxəssis Elman Sadıqovun fikrincə, banklarda müşahidə olunan yüksək likvidliyin əsas səbəbi kreditləşmə tempinin azalmasıdır: “Banklar daha əvvəlki kimi istehlak kreditləri verməkdə maraqlı deyillər. Bu, dövlətin də prioritetidir, Maliyyə Bazarlarına Nəzarət Palatasının da qəbul etdiyi qaydalara əsasən, istehlak kreditlərinə məhdudiyyət qoyulur. Ona görə də istehlak kreditlərinin artım tempi 2012-2014-cü illərdəki qədər deyil, olması da mümkün deyil. Biznes kreditlərinə gərlincə, bəli, bu sahədə aktivlik çox aşağıdır. Bunda bankı günahkar görmək çoz absurddur. Çünki bank məhsulu satan, biznes isə alandır. Bu gün satıcıda məhsul boldur – banklarda kifayət qədər likvid vəsait var, amma alıcı tapılmır. Bu isə o deməkdir ki, alıcının niyə az olduğuna diqqət yetirmək lazımdır, nəinki məhsulunu sata bilməyən satıcını günahlandırmaq. Yəni real sektora baxmaq lazımdır ki, niyə kredit götürmək istəyən biznes azdır. Özü də bu gün biznes kreditlərində faiz dərəcələri xeyli aşağıdır – 14-17 faiz civarındadır. Əgər banklar biznesə krediti verməyib, istehlakçıya versəydi, onları günahlandırmaq olardı. Amma axı banklara biznes krediti üçün müraciətlərin özü azalır. Banklar az qala qapı-qapı düşüb müştəri axtarırlar”.
Qiymətli kağızlar bazarının zəif inkişafı banklara problem yaradır
Likvidliyin yuxarı olmasının daha bir səbəbi Azərbaycanda qiymətli kağızlar bazarının zəif inkişafıdır. E.Sadıqovun dediyinə görə, beynəlxalq praktikaya əsasən, bankların vəsait yerləşdirdikləri əsas müstəvilərdən biri də qiymətli kağızlar bazarıdır: “Dünyada bankların fəaliyyətinin yalnız 45-50 faizi deposit qəbul edib, kredit verməkdən ibarətdir. Qalan hissə beynəlxalq ticarət, qiymətli kağızlar, pul bazarında fəaliyyət, investisiya bankçılığı və sairdir. Təəssüf ki, Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf etdiyi üçün yerli bankların öz likvid vəsaitlərini yerləşdirmək imkanları məhduddur. Yaranan likvid vəsaitlərin çoxu bu gün bank kassaları və müxbir hesablarında saxlanılır”.
E.Sadıqov hesab edir ki, problemli kreditlərin azalma tempinin aşağı olması bu il yalnız fevral və iyul aylarında problemli kreditlərin həcmində artım qeydə alınıb: “Ötən ilin ikinci yarısından nominal ifadədə azalma tendensiyası müşahidə olunur. Yalnız fevralda, bir də cüzi olaraq – təxminən 900 min manatlıq iyul ayında artım var. Problemli kreditlərin ümumi kredit portfelindəki çəkisi isə davamlı olaraq azalır. Nominal ifadədəki artım hələ yalnız bir ayda müşahidə olunub. Bunun davamlı olub-olmadığını iki aydan sonra qiymətləndirmək mümkün olacaq. Yəni bir ayın göstəricisi əsasında nəsə söyləmək mümkün deyil. Ümumiyyətlə, problemli kreditlərin azalma prosesi zəif gedir. Bunun əsas səbəbi dünyada problemli kreditlərin həlli üçün tətbiq olunan prosedurların Azərbaycanda daha uzun müddət vaxt aparmasıdır. Məsələn, ödənilməyən bir kredit üzrə məhkəmə, əmlakın alınması, hərraca çıxarılması 6 ay-1 il vaxt aparırsa, Azərbaycanda bu, daha çox müddət aparır. Məhkəmə qərarlarının icrası sahəsində problemlər var. Bütün bunlar problemli kreditlərin azalma tempini aşağı salır”.
Mövcud tendensiyalar böhrandan xəbər vermir
Mütəxəssisin fikrincə, mövcud tendensiyaları bank sektorunda böhranın göstəricisi kimi qiymətləndirmək qeyri-mümkündür: “Böhran o zaman yarana bilər ki, likvidlik aşağı olsun. Bu, bank sektorunun hər hansı bir şokun təsiri ilə ciddi zərər görməsinə gətirib çıxarar. Likvidliyin yüksək olması isə bankları belə şoklara qarşı davamlı edir. Bu vəziyyətin banklara əsas təsiri onların gəlirlərinin azalmasıdır. Yəni likvidlik yüksək olduqca, bank vəsaitlərinin gəlirliliyi də aşağı düşür. Likvidliyin yüksəkliyi inkişaf etmiş, maliyyə bazarının bütün seqmentləri işlək olan ölkələrdə problem yarada bilər. Hansı ki, bu ölkələrdə likvidliyin yüksək, gəlirliliyin aşağı olması birjalarda bankların səhmlərinin dəyərdən düşməsinə, bankın bazar dəyərinin azalmasına gətirib çıxarar. Azərbaycanda isə bankların səhmləri birjalarda alqı-satqı predmeti deyil. Buna görə də likvidliyin yüksəkliyi yalnız bankın gəlirinin azalmasına səbəb olur”.
E.Sadıqov qeyd edir ki, Azərbaycan bankları kreditləşməyə deyil, rəqəmsallaşmaya, müasir texnologiyaların tətbiqinə sərmayə qoysalar daha böyük gəlir əldə edə bilərlər: “Bu, yaxınmüddətli dövrdə olmasa da, orta və uzunmüddətli dövrdə banklara daha böyük gəlirləri təmin edər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-09-2019, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-09-2019, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36