Xankəndidə peşə təhsili müəssisəsi açılacaq

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var: “Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır”.
E.Əmrullayev bildirib ki, azad olunan ərazilərdə səkkiz peşə təhsil müəssisəsi yenidən qurulacaq:
“Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2023, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…